Ermənistanın “Sasna Çrer” qrupunun ən fəal üzvlərindən biri sayılan Araik Xandoyan ölüb.
Bu barədə Sasna Çrer Partiyası katibliyinin koordinatoru Varucan Avestisyan danışıb.
“Təxminən bir saat əvvəl Araik Xandoyan ölüb”, – Avestisyan Feysbuk hesabında yazıb.
Xatırladaq ki, 47 yaşlı Araik Xandoyan Qarabağın işğalında iştirak edib. O, 1989-cu ildə Sovet ordusu sıralarından qaçaraq Qarabağa gəlib. A.Xandoyan Qarabağda mülki azərbaycanlılara qarşı qəddarlığına görə “yalquzaq” (“tənha canavar”) ləqəbi almışdı.
araz.az xəbər portalı.