“Dəmir Yumruq” abidəsi Xankəndi şəhərində də qoyulacaq.
araz.az xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanalında yer alıb.
Xatırladaq ki, Xankəndi şəhəri Qarqar çayının sahilində, Qarabağ silsiləsinin şərq ətəyində, Bakıdan 385 km aralıda yerləşir.
İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan qəsəbəsi daxildir.
Xankəndi 28.12.1991-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunub, 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də şəhərdə Azərbaycanın üçrəngli dövlət bayrağını qaldırıb.
araz.az xəbər portalı.