Hər gün istər çiy, istər suda bişmiş, istərsə də salatlarda bir ədəd çuğundur yeməyin orqanizm üçün saysız faydaları vardır.

araz.az nəyə görə hər gün çuğundur yeməyin gərəkliliyini araşdırıb.

– Ürək-damar xəstəliklərinin yaranmasının qarşısını alır – çuğundurda B9 vitamini var

– Bağırsaqları təbii təmizləyir, qəbizliyə qarşıdır – çuğundurda çox miqdar lif var, bağırsaq divarlarını yumşaq, təbii təmizləyir. şlak və toksinləri atır

– Bədəndə daxili iltihabi prosesləri söndürür

– Yüksək təzyiqi salır – damarları tonusda saxlayır, qan dövranını tənzimləyir, tromb əmələ gəlməsinə qarşıdır

– Kişilərdə potensiyanı bərpa edir – çünki çanaq orqanlarına qan dövranını yaxşılaşdırır

– Antioksidant təsir edir, xərçəngə qarşıdır

– Sərbəst radikalları zərərsizləşdirir

– Dəmir və yodla zəngindir – qanazlığında yeyilir, hemoqlobini artırır

– Zob, qalxanvari vəz xəstəliklərində

– Bədəndə artıq piy, yağ toplanmasının qarşısını alır. /medicina.az

araz.az xəbər portalı.