İmişli Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi ilə bağlı əmlakın müsadirə olunma qərarından ailə üzvləri tərəfindən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.
araz.az Mia.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək proses oktyabrın 31-nə təyin edilib. Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.
Keçmiş başçının ailə üzvləri müsadirə olunmuş əmlakların geri qaytarılmasını tələb edirlər(Pravda).
Xatırlatma: Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub. Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib.
Sabiq icra başçısının müsadirə edilən əmlakları bunlardır:
– İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşən fərdi ev (orta bazar dəyəri – 1 852 000 manat)
– İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən mənzil (orta bazar dəyəri – 275 000 manat)
– İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhərində yerləşən mənzil (orta bazar dəyəri 67 000 manat)
– İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 86 000 manat)
– İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 74 000 manat)
– İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 65 000 manat)
– İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran-Ləhiş yolunun 300 metrliyində yerləşən ev (orta bazar dəyəri 2 626 000 manat)
– İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş “BMW X5” markalı, “90-CM-200” dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 22 000 manat)
– Hacıyev Məhəmməd Vilyam oğlunun adına rəsmiləşdirilmiş “Land Rover” markalı, “90-KH-900” dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 126 000 manat)
– İbrahimova Cülyetta Paşa qızının təsisçisi olan “Xəzər-222” MMC-yə sənədləşdirilmiş “BMW 740-İ” markalı, “10-AZ-369” dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 33 000 manat)
– İbrahimova Cülyetta Paşa qızının təsisçisi olan “Xəzər-222” MMC-yə sənədləşdirilmiş “Bentley Continental GT” markalı, “10-PR-777” dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 118 000 manat)
araz.az xəbər portalı.