Bu gün Azərbaycan futbolunda növbəti qalmaqal baş verib.
araz.az sportinfo.az-a istinadən xəbər verir ki, Hadisə II Liqanın “Göygöl” – “Şəki Siti” qarşılaşmasında (1:2) yaşanıb.
Belə ki, Göygöldə keçirlən matç axıra çatdırılmayıb. Rövşən Rəcəbovun başçılıq etdiyi hakimlər briqadası 83-cü dəqiqədə oyunu dayandırıb.
Buna səbəb ev sahibi komandanın onların qərarına sərt və davamlı etirazıdır. Belə ki, göygöllülərin 3 futbolçusu ikinci hissədə qırmızı vərəqə alıb.
Həmçinin baş məşqçi Araz Mansurov texniki zonadan uzaqlaşdırılıb. Narazılığı bitməyən qərb təmsilçisinin oyunçuları “fit sahibləri”nə təzyiq göstərib.
araz.az xəbər portalı.