Niyə görə dünyada bakterioloji silahlar bu qədər məşhurlaşdı? Nüvə silahı var ikən bakteroloji silah nəyə lazım idi? Müasir nüvə silahları hər hansı bir nöqtədə insanları məhv edir və ona qarşı heç bir peyvənd yoxdur.
Böyük zəhərlənmə hekayəsi
Bəşəriyyət bir və ya digər formada ideoloji rəqiblərinə qarşı hər zaman bakterioloji müharibə aparıb. Qədim dövrlərdən etibarən, siyasi cinayətin ən hörmətli növlərindən biri, rəqibi texniki zəhərləmək bacarığı hesab edilib. Şərqdə bu yüksək sənət əsrlər boyu bir pərəstiş səviyyəsinə qədər yüksəlib. Rusiya da kifayət qədər zəngin zəhərlənmələr tarixinə malikdir. Rasputini bildiyimiz kimi, uzun müddət zəhərləyiblər. 1984-cü ildə Almaniyaya gedərkən, Rusiya kimya sənayesinin kralı, SSRİ Nazirlər Sovetinin sədr müavini Leonid Kostandovu (versiyaların birinə görə) zəhərlədilər. Onu Kreml divarının yanında dəfn etdilər.
Zəhərlənmə dəbinin digər bir artımı 90-cı illərə təsadüf etdi. Sankt-Peterburqda tanınmış bir avtoritet, yerli cinayətkarlar ilə hüquq-mühafizə orqanları arasında vasitəçi olan Roman Beylenzon-Tsepov bilinməyən zəhərlə zəhərləndi. Onun bədəni insanların gözü önündə dağıldı, nəticədə dəhşətli əzablar içində öldü. Bankir İvan Kivelidi də güclü təsirə malik əsəb-iflic xarakterli zəhərli maddə ilə zəhərləndi.
Onun telefonun dəstəyinə zəhərli maddə sürtülmüşdü. Skripal iddiası, Suriyada istifadə edilən kimyəvi silahlar baxımından, hələ də çox yerdə, o cümlədən Rusiyanın özündə də açıqdır və buna tələbat böyükdür.
Əgər hər bir düşməninizi fərdi olaraq zəhərləyə (və həm də çox təsirli şəkildə) bilərsinizsə, onda onları daha kütləvi şəkildə niyə o dünyaya göndərməyəsiniz? Bu suala ilk dəfə Birinci Dünya Müharibəsi dövründə Almaniyada saf bir irq yetişdirmək istəyənlər cavab axtarırdılar. Almanlar virusun kütləvi qırğın silahının ən ucuz növü olduğunu ilk dərk edən millət oldu. İkinci Dünya Müharibəsi dövründə də onların davamçıları öz sələflərinin ideyalarını həyata keçirmək üçün qollarını çirmələdilər.
“Doktor Şər” və onun davamçıları
Bakterioloji tədqiqatın əsas pionerləri nasist Almaniyasının həkimləri və onların militarist Yaponiyadan olan həmkarları idi. Onlardan biri olan Josef Mengele dünyada qeyri-insani zülmün ən yüksək nümunəsini ortaya qoydu. Osvensim ölüm düşərgəsində çalışdığı bir yarım il ərzində ən təhlükəli nasist kimi tanınan Mengele “Ölüm Mələyi” ləqəbi qazanmışdı. Nasist müasirlərinin sözlərinə görə, Mengele yüzlərlə insanı öldürən amansız bir psixopat idi, onun təcrübələrinin nəticələri hələ də dünyanın bütün tibbi dərsliklərində istifadə olunur.
Doktor Mengele düşərgəyə gələn məhbusların qatarlarını şəxsən qarşılayır və kimin düşərgədə çalışacağına, kimin təcrübələrdə iştirak edəcəyinə, kimin isə dərhal qaz kamerasına göndəriləcəyinə qərar verirdi.
“Ölüm Mələyini” NKVD işçiləri tuta bilmədilər. 1945-ci ilin aprelində Almaniyanın altını üstünə çevirən daxili işlər əməkdaşlarının maymaqlığı nəticəsində o, Argentinaya qaça bildi.
O, otuz il keçdikdən sonra MOSSAD-dan da qaça bildi. Mengele Buenos-Ayresdə inanılmaz şəkildə İsrail kəşfiyyatı zabitlərinin pəncəsindən qurtularaq Paraqvaydan çıxdı. Sonradan o, Braziliyada göründü və orada üzgüçülük zamanı boğuldu.
Mengele həyatının son illərinə qədər etdiyi işlərdən peşman olmadı. İsraillilərə o yalnız cəllad kimi maraqlı deyildı. “Ölüm Mələyi” qiymətli (və ya əvəzsiz) məlumatın daşıyıcısı idi. İsrailli virusoloqlar onun bütün bakterioloji baqajını tam olaraq boşaltdılar. Yaponiya və ABŞ-ın isə Mengele məsələsində daha çox bəxtləri gətirdi.
Ölüm sınaqlarının konveyeri
“Ölüm Mələyi”nin yaponiyalı davamçıları qana hərislik və patoloji zülm əmsalına görə alman müəllimlərini geridə qoydular. Gündoğan ölkənin alimləri yorulmadan “təcrübə kadrları” ilə işləyirdilər. Osvensimin yapon ekvivalenti olan “731-ci Dəstə” bakterioloji laboratoriyası Harbindən 20 kilometr məsafədə yerləşirdi. Bu dəstənin həkimləri, məhbusları (ruslar, monqollar, çinlilər) ən aşağı növ heyvanlar hesab edirdilər və onları “odun” adlandırırdılar. “Odunlar” üçün ayrılan bir ərazidə “anbar” qurulmuşdu – bu, daima azı 300 nəfərin yerləşdiyi bir həbsxana idi.
Yaponlar da nasist “tədqiqatçılar” kimi məhbuslar üzərində yaxşı və pis anlayışlarından kənara çıxan təcrübələr aparırdılar. İnsanları ağciyər, xolera, tif, dizenteriya, sifliz, müxtəlif canlı bakteriya peyvəndləri, qaz qanqrenası və s. ilə yoluxdururdular. Məhbusları buzlu suya batırır, sonra isə çılpaq və nəm halda küçəyə çıxarırdılar. Təcrübələr çərçivəsində onların bədəninə zəhərli maddələr və çürük toxumalar, böyrəklərinə isə at qanı və sidik yeridir, hətta insan qanını meymun və ya at qanı ilə əvəz edirdilər. İnsanların necə öldüyünü seyr etmək üçün, onları böyük bir sürətlə fırlanan sentrafuqadan başıaşağı asırdılar. Onları bir neçə saat ərzində rentgen ilə şüalandırıraraq, orqanizmə təsirlərini araşdırdılar. Donma temperaturunun başlanğıcını təyin etmək üçün əsrlərin əllərinə və ayaqlarına dəyənək ilə döyürdülər. Əgər “odun” hələ də ağrı hiss edirsə, deməli donma tamamlanmayıb. Onları isti bir otağa qaytarıb, müxtəlif temperaturlarda isti suya salırdılar. Yapon əsgərlərinin optimal müalicə rejimi belə işlənirdi. Bütün əsirlər, hətta nahiyələri amputasiya edilənləri belə bakteriya, virus və hər cür zəhərlərlə bütün sınaqlardan keçirirdilər. Tankçıları təqlid edənləri tanklara yerləşdirib odsaçanlarla yandırırdılar. Real zamanda, infeksiyalara yoluxan və ya zəhərlərin təsiri altında olan orqanların necə dəyişdiyini müşahidə edirdilər. Bunun üçün insanları yatıraraq diri-diri yarırdılar. Sonra isə orqanlarını çıxarıb elmi şöbələrə paylayırdılar. Hətta uşaqların da orqanları çıxarılırdı.
Müharibə dövründə “731-ci Dəstə”dən 3000 nəfər keçib. Onlardan yalnız bir neçə insan sağ qala bilib.
Qanlı Hippokratların parlaq karyerası
Bütün bu zülmlər 1946-cı ildə Tokioda baş verən Uzaq Şərq Beynəlxalq Hərbi Tribunalında nəzərdən keçirildi. Prosesin təşəbbüskarı ruslar idi, moderator və operatorları isə amerikalılar idi. Sonuncunun təşəbbüsü ilə proses həddindən artıq sükutla aparıldı. Amerikalılar maraqlı məlumatların tək sahibləri olmaq istəyirdilər. Onlar “731-ci Ölüm Dəstəsi”nin komandiri general-leytenant İshii Şironu həbs etdilər. ABŞ-ı maraqlandıran müəyyən sirləri açıqlamaq qarşılığında ona məhkəmə toxunulmazlığı təklif edildi. O, dərhal razılığa gəldi. Qısa bir emosional şübhə və əzabdan sonra, o, amerikalılara həmkarların koordinatlarını verdi. Onların hamısı ABŞ-ın geniş ərazilərində “əridilər” və təcrübələrini orda davam etdirdilər.
Versiyalardan birinə görə, bu dəfə araşdırmaların hədəfi ölüm cəzasına məhkum olan amerikalı cinayətkarlar oldu. Elektrikli stulları gizli laboratoriyalardakı yavaş ölümlə əvəzlədilər. Göründüyü kimi, bu sahədə İshii Şiro və onun həmkarları böyük müvəffəqiyyət əldə etmişdilər. ABŞ-da hazırlanan bu “qanlı hippokratlar”ın bir çoxu parlaq bir karyera qurdu, tibb elminin parlaq simalarına çevrildilər. Bu prosesə digər prizmadan “canini alimə çevirərək elmə xidmət etməyə məcbur edən” normal cəmiyyətin uğuru kimi də baxmaq olar. Misilsiz imkanlar ölkəsində azad sahibkarlıq ruhundan ilhamlanan dəstə üzvlərindən olan ginekologlar sonradan özəl bir doğum evi açdılar. Bu doğum evi ABŞ-dakı qadınlar arasında kifayət qədər məşhur idi. Hər il həkimlər restoranlarda unudulmaz görüşlər təşkil edirdilər. Ola bilsin ki, “keçmiş günlər”dəki kəşf və nailiyyətlərini xatırlayır, ola bilsin yeni nailiyyətlərini müzakirə edirdilər.
Amerikanın “731-ci Dəstəsi”. Gürcüstan filialı
Gürcüstanın əvvəlki təhlükəsizlik naziri İqor Giorgadze, Riçard Luqar Xalq Sağlamlığı Mərkəzinin gizli bir laboratoriyasında baş verən qeyri-insani təcrübələrin keçirilməsində ABŞ-ı günahlandırdı. Nazirin bu barədə vəzifədə olduğu müddətdə xəbər verməməsi də suallar doğurur. Çünki bu labaratoriya həmin dövrdə də fəaliyyət göstərirdi.
Bu obyekt Tiflis yaxınlığında ABŞ tərəfindən sıfırdan tikilib. “Planlaşdırılan kimyəvi sınaqlar” zamanı gürcülərin kütləvi ölümü barədə məlumatlar yayılır.
Rusiya Müdafiə Nazirliyi Giorgadzenin məlumatlarını yoxladı. Bundan sonra Rusiyanın kimyəvi mühafizə qoşunlarının rəisi general-mayor İqor Kirillov, təhlilin nəticələrini ictimaiyyətə təqdim etdi. Generalın məruzəsində heç bir əyani sübut yox idi və fikirlər bir-birini tamamlamırdı. Onun iddialarına görə, keçən il ABŞ-ın “Gilead Sciences” firmasının (Rusiyanın hərbi büdcəsinin yarısından çox, 26.11 milyard dollar gəlirə sahib olan şirkətdir) “Sovaldi” dərmanı Luqar mərkəzində Gürcüstan vətəndaşları üzərində sınaqdan keçirilib.
Rusiyalı general bu eksperimentlərdə 70 nəfər “könüllü” gürcünün faciəvi şəkildə həyatını itirməsi barədə dərin hüznlə məlumat verərkən bir az kövrəlməyi də unutmadı. Əslində rusiyalı generallar, İqor Giorgadzenin bir cümləsi ilə bu qədər üzüləcəklərini heç özləri də gözləmirdi. Təbii ki, generalların və eks-nazirin iddialarını təsdiqləyən heç bir video və foto material təqdim edilmədi.
“Bir çox könüllülərin dərhal ölməsi, yüksək dozalı zəhərli kimyəvi preparatın və ya bioloji bir maddənin müalicə adı altında qiymətləndirildiyini göstərir”, – deyə general bildirib.
Gələcəyin bakterioloji müharibələri
Ekspertlər hesab edirlər ki, bakterioloji silahlar müharibələrin əsas komponenti olacaq. Altı il əvvəl mətbuatda ABŞ və Hollandiya laboratoriyalarında havadan ötürülən yeni bir quş qripi virusu yaradıldığı barədə məlumatlar yaradıldı. Ona H5 N1 kodu verildi. ABŞ Milli Biotəhlükəsizlik üzrə Məsləhət Şurasının rəhbəri Paul Keim, H5N1 virusunun potensialı o qədər böyükdür ki, hələ də onun nələr edə biləcəyini təsəvvür edə bilmirəm deyə bildirirdi. Lakin bütün hərbi kimyaçılar bioloji müharibə hazırlığının yalnız ölümcül bir virusun mövcudluğu ilə deyil, həm də “lazım” olan insanları xilas etmək üçün bir peyvəndin hazırlanmasından ibarət olduğunu bilirlər. Bunlar hərbi kimyanın əsaslarıdır. Peyvənd haqqında Paul Keim o zaman heç bir söz demədi.
Vampir ovu
Dünyadakı bütün kəşfiyyatçılar, nadir bir yekdilliklə virusoloqları insanlığın ən təhlükəli düşmənləri hesab edirlər. Və potensial rəqib ölkələrdə daim virusoloqları “ovlamağa” çalışırlar. Rəsmi məlumatlara görə, guya təkcə 2005-ci ildə planetdə 40 dünya səviyyəli virusoloq öldürülüb. 2009-cu ildə onların sayı yüz nəfərə çatdı. Vampirlərin öldürülməsi üçün lisenziya hələ də açıqdır. Ov davam edir.
Lakin ekspertlər bu yolun ölü bir tupik olduğuna inanırlar. İsraillilər təxminən ona yaxın iranlı atom fizika alimini zərərsizləşdirib, lakin İranın nüvə proqramı dayandırılmayıb. Ekspertlərin fikrincə, bütün insanlığa (və ya onun bir hissəsinə) ölüm cəzası kəsə biləcək qlobal kəşflər heç də həmişə tanınmış alimlər tərəfindən edilmir. Çox vaxt yeni və bilinməyən eksperimentlər də ciddi nəticələrə səbəb olur.
2014-cü ilin iyul ayında Visconsin-Madison Universitetindən adı açıqlanmayan virusoloq Yoşira Kavaoka (etnik yapon) müasir olmayan kiçik bir laboratoriyada insanın immunitet sistemini nəzərə almayan qrip virusunun ştammlarını yaratdı.
Nüvə qışına qarşı ölümcül virus
Niyə görə dünyada bakterioloji silahlar bu qədər məşhurlaşdı? Nüvə silahı var ikən bakteroloji silah nəyə lazım idi? Müasir nüvə silahları hər hansı bir nöqtədə insanları məhv edir və ona qarşı heç bir peyvənd (yeri gəlmişkən, buna qarşı peyvəndi Rusiya və ya ABŞ hazırlamalıdır) yoxdur.
Nüvə silahlarına əbəs yerə “bəşəriyyətin son silahı” deyilmir. Və nüvə qışı da bu silahların tarixində sonuncu qış ola bilər.
Lakin bakterioloji silahlardan gizlənmək mümkündür. Bir peyvənd tapsanız xilas ola bilərsiniz və ümumiyyətlə, planetin sonuna qədər qaça bilərsiniz. İndi Yeni Zelandiyada sürətlə böyük yeraltı sığınacaqlar inşa edilir. Bəzi ekspertlərin fikrincə, dünya elitası gələcək nüvə müharibəsində qurtuluşunu bu sığınacaqlarda axtaracaq. Digərləri isə bu sığınacaqların Sakit okeanda itəcək sivilizasiya pərdəsinin arxasında, bakterioloji müharibələr zamanı “seçilmişlərin karantinininə” çevriləcəyini düşünürlər.
Yazı Sergey Kasaurovun məlumatları əsasında hazırlanıb
Hərbi eskpert Ədalət Verdiyev
Ordu.az
araz.az xəbər portalı.