sahil2

“Bu gün ölkədə universitetlər ehtiyacdan çox sayda hüquqşünas yetişdirir”.

araz.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Təhsilin İnkişafı Forumunda “İnnovasiya ekosisteminin yaradılması” panelində çıxışı zamanı deyib.

O, bir çox ali təhsil müəssisəsinin isteddlı tələbələrini işə götürdüklərini söyləyib:

“Çünki hamı mütəxəssis axtarır. Özəl sektor da həmin şəxslərə ehtiyac duyur. Ancaq bu gün ölkədə ali təhsil müəssisələri ehtiyacdan çox sayda hüquqşünas yetişdirilir. Əslində, ehtiyac duyulan aqronom peşəsidir.. Misal olaraq, bu gün hüquqşünaslarımız aqronomlardan aşağı əməkhaqqı alır. Yaxud da bu gün 25 manatdan aşağı iş görən ağac budayan birini tapmaq olmur. Bu da o deməkdir ki, həmin şəxs 6 günlük iş həftəsi üzrə ay sonu təxminən 700-800 manat gəlir əldə edir. Bir çox ali təhsilli şəxs isə həmin əməkhaqqını ala bilmir. Tələblərin hamısını işəgötürənlərdən istəyirik. Bu gün işlə təminat məsələsindəki əhatə dairəsi heç də arzuedilən kimi əmək bazarına girən 100 faiz vətəndaşı əhatə etmir. Qarşımızda duran ən böyük çağırış da budur. Əhatə dairəmizi artırmağı qarşımıza hədəf qoymuşuq”.

araz.az xəbər portalı.