turme11

Azərbaycanda ömürlük məhbusların sayı açıqlanıb.

araz.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a açıqlamasında hüquq müdafiəçisi, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib.

O bildirib ki, hazırda Azərbaycanda ömürlük məhbusların sayı 270-dən artıqdır.

Ə.Nuriyev qeyd edib ki, ümumilikdə digər bütün məhbuslar üzrə yaş aralığı fərqlidir: “Əsasən, 25-55 yaş aralığında olan şəxslərin sayı üstünlük təşkil edir. Ümumilikdə məhkum olunanlar arasında cinayət hadisələri isə daha çox narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlıdır. Daha sonra isə oğurluq və dələduzluq faktı ilə bağlı cinayət hadisələri var”.

araz.az xəbər portalı.