Dünyanın ən böyük şirkəti hansıdır, bilirsiniz? Yəqin ağlınıza dərhal “Apple”, “Tesla” və ya “Microsoft” kimi şirkətlərin adları gəlir. Amma dünyanı idarə edən iki ən böyük şirkətlər onlar deyil.
araz.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu “Vanguard” və “BlackRock” şirkətləridir.
Onlar birlikdə 17 trilyon dollar aktivi idarə edirlər. Bu iqtisadi sıçrayış dövrünü yaşayan Çinin ÜDM-nə bərabərdir. Bu iki investisiya nəhəngi 1000 dən çox böyük və nüfuzlu şirkətin aksiyalarının böyük bir hissəsinin sahibidir. Bu şirkətlər istehsalla deyil, investisiya yatırmaqla məşğuldurlar.
Maraqlıdır ki, bu iki şirkətin biri varlananda digəri də varlanır. Çünki onlar da bir-birilərinin aksiyalarının böyük hissəsinə sahibdirlər. Nağdsız alış-verişlərin hamısından bir başa pay sahibidirlər. Qısası, yer üzündə kimsə nəsə alırsa, nəticə etibari ilə bu iki şirkətə fayda vermiş sayılır. /Lent.az/
araz.az xəbər portalı.