Xalqa və dövlətə qarşı bu qədər qanunsuzluq edən məmurlar kimlərdir və onların niyyəti nədir?

araz.az ayna.az-a istinadən xəbər verir ki, özəlləşdirmə çekləri barədə yüzminlərlə ailə adından, BƏRABƏRLİK və MÜLKİYYƏT hüquqları pozulmuşların Prezidentə müraciəti əsasında, cənab Prezidentin şəxsi göstərişi ilə Prezident Administrasiyasının (PA) Vətəndaşların qəbulu şöbəsinin müdiri Süleyman İsmayılov tərəfindən Konstitusiya Məhkəməsinə (KM) göndərilmiş 1-1-23/2-KOL-1362/2-019/2-t/1/2023 n-li məktub 12.09.2023-cü il tarixində Konstitusiya Məhkəməsində 1483 N-li qeydiyyata alınıb.

Və… nədənsə, 6 aydan çoxdur ki, Konstitusiya Məhkəməsində bu haqda araşdırma gedir (?). Niyə? Bütün qanunlara qarşı… Niyə? KM bu qədər niyə düşünür və nəyi düşünür?!

Fikirlərimizi bəyan etmədən öncə:

Bütün deputatlardan, ziyalılardan, aidiyyəti qrumlardan, o cümlədən Prezident Administrasiyasındakı məmurlardan, media nümayəndələrindən xahiş edirik ki, XALQa dəstək olsunlar, Konstitusiya Məhkəməində 6 aydır davam edən özbaşnalığa SON qoyulmasına kömək etsinlər.

Vətəndaşlara müraciət edirik ki:

Hər birimizə Dövlət və Ulu Öndər Heydər Əliyev tərəfindən QANUNla verilmiş və bu gün QANUNla inflyasiyadan qorunan, ƏMLAK dəyəri ən azı 20 000 ABŞ dolları olan Miras Əmlak Payımızı məmurların QANUNSUZ olaraq əlinizdən almaması üçün, Özəlləşdirmə Miras Paylarını SATMAYANLARI birləşdirən, “Facebook”da 39 min ailəni (200 minə yaxın insanı) təmsil edən bu QRUPa üzv olun.

Bəsdir!

Müraciət ünvanlamaqdan, xahiş etməkdən, yalvarmaqdan yorulduq. Bunlara məhəl qoyan olmadı. Bu qədər insanın istəyi qulaqardına vuruldu, nəticə yoxdur! Artıq QANUNla bizə aid olan HAQQIMIZI TƏLƏB EDİRİK!

21 may 2023-cü il tarixində dövlət özəlləşdirmə payı (çeki) sahibi olan bir qrup müharibə veteranı və əmək veteranının hüquqi nümayəndəsi vəkil Mübariz Yolçiyev tərəfindən Konstitusiya Məhkəməsinin sədri Fərhad Adbullayevə, Ali Məhkəməyə, Baş nazirə, Baş prokurora və Milli Məclisə şikayət-xahiş ilə müraciət ünvanlanmışdı.

OXUYUN

Konstitusiya Məhkəməsinin Qəbul şöbəsinin müdiri Anar müəllimin 4 ay öncə bizim Vəkil Mübariz Yolçiyevə verdiyi məlumatdan belə aydın olurdu ki, bu iş çox cətin olduğundan, hər iki Palatada 4 hüquqşünas tərəfindən araşdırılır və artıq BEŞ dövət orqanına, o cümlədən Milli Məclisə, Ədliyyə Nazirliyinə, Baş nazirə, iqtisadiyyat nazirinə və Ali Məhkəməyə bu məsələ barədə RƏY almaq ücün müraciətlər göndərilib və tez bir zamanda Konstitusiya Məhkəməsinin sorğusuna cavab verməlidirlər. Anar müəllim əminliklə bildirmişdi ki, SENTYABRda bu məsələ öz həllini tapacaq.

KM-ə ünvanladığımız konstitusiya şikayətinə yazılı cavab ala bilmədiyimiz üçün, vətəndaşların vəkili olaraq Mübarız müəllim 13 iyul 2023-cü il tarixində 2-ci müraciətdə bu problemin təcili araşdırılmasının vacibliyini əsaslandırmağa çalışdı (BURAYA DİQQƏT)

Konstitusiya Məhkəməsindən 4 aydır heç bir rəsmi cavab ala bilməyən və konstitusion, qanuni haqlarının, eləcə də normativ hüquqi aktların KM tərəfindən araşdırılmasının gecikdirilməsinin ilk növbədə cənab Prezidentin Şərəf və Ləyaqətinə qarşı olduğunu əsaslandıran müharibə və əmək veteranları 2 SENTYABRda 2-ci dəfə cənab Prezidentə və PA Rəhbəri Samir Nuriyevə şikayət ünvanladılar.

Sentyabrın 12-də cənab Prezidentin göstərişi ilə PA-dan KM-ə göndərilən məktub KM tərəfindən qeydə alınıb.

Növbəti dəfə, 13 sentyabrda vəkilimiz Mübariz Yolçiyevə və bizə Konstitusiya Məhkəməsinin Qəbul şöbəsinin müdiri Anar Cəfərov tərəfindən verilən şifahi məlumatda Anar müəllim ən uzağı OKTYABR ayında bu məsələnin öz həllini tapacağını bildirdı. Və hörmətli vəkilimiz özəlləşdirmə çeklərini satmayan yüzminlərlə ailəyə 2-ci videomüraciətini ünvanladı.

Qrup üzvlərinin təkidi ilə, Qrupun təmsilçisi Tahir Axundov 21 sentyabrda KM-in sədri Fərhad Abdullayevə ərizə yazaraq, 4 aydan çox müddət keçməsinə baxmayaraq, bizə hansı səbəbdən rəsmi cavab verilmədiyini və rəsmi məlumatların bizə verilməsini xahiş etdi.

Heç bir rəsmi cavab ala bilmədiyimiz üçün, yüz minlərlə yaşlı insanın narahatlığını, problemin təcili həll olunmasının vacibliyini dərk edən vəkilimiz Mübariz Yolçiyev 17 oktyabrda KM sədri Fərhad Abdullayevə 3-ci müraciətimizi ünvanladı.

23 oktyabrda vəkilimiz Mübariz Yolçiyevə KM-dən 2 cümləlik və içərisində heç bir yeni məlumat olmayan, Konstitusiya Məhkəməsi tərəfindən 6 aydır QANUNların hansı səbəbdən pozulduğu əsaslandırılmayan bir cavab məktubu (BURADA) gəldi.

30 oktyabrda Qrup təmsilçisi Tahir Axundov Qrup üzvlərinin xahişi ilə, işin niyə belə ləngidiyini öyrənmək ücün təkrar KM-ə müraciət edərək, Qəbul şöbəsinin müdiri Anar müəllimin qəbulunda olub və Anar müəllim ən uzağı bir həftəyə bu işin həll olunacağını bildirib. O, bəzi dövlət qurumlarının hələ də öz cavab məktublarını göndərmədiyini qeyd edib, qanunla onların bir ay ərzində cavab verməli olduqlarını söyləyib.

Diqqət edin!

Mətbuatda YAP-çı ziyalılar, deputatlar, hüquqşünaslar və başqaları 100 % əminliklə cənab Prezidentin adına və Dövlətciliyimizə ləkə salan, PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevin səhlənkarlığı və səhvləri nəticəsində yaranmış QANUNSUZLUĞUN və bu cinayətin hüquqi müstəvidə tez bir zamanda Konstitusiya Məhkəməsi tərəfindən Ulu Öndərin 100 illik yubileyi olan 2023-cü ildə aradan qaldırılacağını söyləyərək insanları sakitləşdirirlər (OXUYUN).

Ritorik olmayan suallar

– Hansı səbəbdən bizə Konstitusiya Məhkəməsinin sorğusuna cavab verməyən və işi gecikdirən qurumların və KM-də bu işi aparan dörd hüquqşünasın adları haqqında hec bir məlumat verilmir?

– Kimlər təxribatçılıqla məşğuldur?

– Bu qədər qanunsuzluğun səbəbi və səbəbkar(ları) kim(lər)dir?

– Doğrudanmı, bəzi dövlət qurumlarındakı məmurlar bu qədər vicdansızlıq və şərəfsizlik edirlər – onlar kimlərdir?

Şərhsiz

Görünür, qanunlara və qaydalara, hətta cənab Prezidentin Konstitusiya Məhkəməsində 12 sentyabr tarixində qeydə alınmış müraciətinə saymazlıqla yanaşan məmur və hüquqşünaslar var və onlar dövlətçiliyə qarşı mövqe sərgiləyirlər. Onlar cənab Prezidentin şərəf və ləyaqətinə ləkə yaxmağa çalışan vicdansızların satellitləridir. Bu yaramazlar, çox güman ki, erməni kökənli olduqlarını gizlədənlər və onların əlaltıları olan vicdansızlardır. İnanırıq ki, erməni vətəndaşlara qarşı bu hərəkətləri etməzdilər.

Mehdiyevdən qalan günah

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin səhlənkarlığı və səhvləri nəticəsində, beynəlxalq insan hüquqlarının əsasını təşkil edən BƏRABƏRLİK və MÜLKİYYƏT hüquqlarının KÜTLƏVİ şəkildə pozulduğunu və bunun mütəşəkkil korrupsiya cinayəti faktı olduğunu bilərək, 13 ildir davam edən qanunsuzluğun tez bir zamanda aradan qaldırılmamasının və işin ləngidilməsinin adı nədir? Dövətçiliyimizə, Ulu Öndərin vədinə və cənab Prezidentin humanizminə, sosial ədalət siyasətinə qarşı çıxmaq deyilmi? Ümummilli liderin 100 illiyi ərəfəsində onun ruhuna və tarixi sosial ədalət siyasətinə saymazyanalıq göstərən bəzi məmurların heçmi qorxusu yoxdur?

Bu HAQQ işini uzadaraq siyasiləşdirən, Ulu Öndərin qurub-yaratdığı, cənab İlham Əliyevin uğurla inkişaf etdirdiyi, çiçəkləndirdiyi dövlətimizə qarşı çıxan, Konstitusiya və qanunları heçə sayan, Xalqın və cənab Prezidentin KM-ə müraciətini diqqətə almayanlara ancaq xalq düşmənləri demək olar.

Axı niyə?!

KM sədrinin və hüquqşünaslarının “Konstitusiya Məhkəməsi haqqında” Qanunu və KM-in Nizamnaməsini HANSI SƏBƏBDƏN pozduqlarını başa düşmək olmur!

İşğaldakı torpaqlarımızı azad etdik, Qarabağımızı düşməndən təmizlədik. Belə bir qələbəmiz varkən, indi daxildə dövlətçiliyə, xalqa, haqqa və qanunlara qarşı düşmənçilik edənlər düşünmürlərmi ki, sıra onlarındır? Qorxmurlarmı ki, DƏMİR YUMRUQ onların da başlarını əzəcək? Erməni faşizminin işğalından azad etdiyimiz ƏMLAK necə xalqımızın haqqıdırsa, bəzi məmurların qəsb etdiyi ƏMLAK da xalqımızın halal haqqıdır.

İnanın ki:

Yüz minlərlə ailəyə qarşı məmurların çirkin hərəkətləri ölkəmiz üçün müsbət heç nə vəd etmir, əksinə təhlükəlidir. Ulu Öndər Heydər Əliyevin kapitalizmə dinc keçidin təminatı olan tarixi sosial ədalət siyasətinin, Konstitusiya və sanunların kobud şəkildə pozulması məmur-vətandaş qarşıdurmasına rəvac yaradır.

Statistik məlumatlardan aydın olur ki, bəzi məmurların qanunsuzluğu nəticəsində konstitusion hüquqları pozulmuş özəlləşdirmə çeklərini satmayan 1 milyon vətəndaşdan 13 ildir ki, hər il 12 min, hər 1 ay min, hər gün 33 vətəndaşın arzu və ümüdləri puça çıxır – onlar öz halal miras əmlak paylarını almadan dünyadan köçürlər.

Ey məmurlar!

Konstitusiya Məhkəməsində 6 aydır araşdırma gedir. Deməli, bu məmurların təqsiri nəticəsində daha 6 min vətəndaş öz hüquqlarının bərpasını, haqqın və ədalətin zəfər gününü görmədən dünyasını dəyişdı… Daha nə qədər???

Bu 6 ay ərzində həm çoxsaylı vətəndaş qrupu, həm də Milli Məclis adından Konstitusiya və qanunları pozan bəzi normativ hüquqi aktlara dair faktlar barədə şikayətimiz İqtisadiyyat Nazirliyinə (İN) göndərilib. Konstitusiya Məhkəməsi də 4 aydir onlara müraciət edib. İN və İN yanında Əmlak Məsələləri Dövlət Xidməti həm Konstitusiya, həm də beynəlxalq hüquqa zidd olan və 13 ildir davam edən bu qanunsuz özəlləşdirmələri dərhal dayandırmalıdir.

Görünür, Konstitusiya Məhkəməsindəki və dövlət qurumlarındakı bəzi məmurlar özlərini QANUNdan üstün sayırlar.

Ey məmurlar! Ulu Öndər Heydər Əliyevin də dediyi kimi, Dövlətin bütün siyasəti və dövlət məmurlarının fəaliyyəti, xalq qarşısındakı xidmətləri ancaq və ancaq QANUN çərçivəsində, QANUNların tələb etdiyi qaydada olmalıdır! Heç bir məmur, əgər qanunda boşluq varsa, onu öz istədiyi kimi yoza bilməz!

Hansı məmurlar Konstitusiya Məhkəməsində bu işi uzatmaq, siyasiləşdirmək istəyirlərsə, bununla cənab Prezidentə qarşı çıxdıqlarını unutmasınlar. Çünki bu, mütəşəkkil korrupsiya cinayəti və dövlətə qarşı təxribatdır. Dövlət başçısının xarici səfərləri zamanı bu problemin onun qarşısına çıxarılmasınımı istəyirsiniz? İstəyiniz budurmu?

Bəzi yerli oliqarx-məmurlar (büdcədən oğurladıqları və rüşvət aldıqları pullarla kapitalist olan ailələr) və xarici ölkələrdən olan kapitalistlər İNVESTOR adı ilə Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankındakı bəzi məmurlarla cinayət əlaqəsinə girərək, özəlləşdirmə adı ilə xalqımıza qarşı iqtisadi cinayət törədirlər. 13 ildir bu mütəşəkkil cinayət nəticəsində 1 milyondan çox vətəndaşımızın mülkiyyət və bərabərlik hüquqları pozulmaqla davam edir. Tarixi sosial ədalətin və Ulu Öndərin vədinin təmin olunmaması və bunun hansı ağır nəticələr doğura biləcəyi həmin oliqarx-məmurları qətiyyən maraqlandırmır.

Amma hamımızın bildiyi kimi, xalqın probleminin həlli dövlət və onun rəhbəri üçün bir nömrəli məsələdir!

QEYD

Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!

Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Hörmətlə: “Özəlləşdirmə Çekləri Qrupu”

araz.az xəbər portalı.