Diaspora-yeni-Logo.jpg

Diasporla İş üzrə Dövlət Komitəsi yeni layihəyə – “Sabahın xeyir, Azərbaycan” videolayihəsinə start verilib. Hər səhər müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar, xüsusilə gənc soydaşlarımız videoçarxlar vasitəsilə Vətəni – Azərbaycanı salamlayacaq.

Layihənin məqsədi dünya azərbaycanlıları ilə daha sıx əlaqələr qurmaq, soydaşlarımızın doğma vətəni ilə bağlarını gücləndirməkdir.
Diaspor gənclərinin böyük marağına səbəb olan videoçarxları Dövlət Komitəsinin rəsmi sosial şəbəkə (https://www.facebook.com/AzDiaspora/, https://twitter.com/DiasporaAz, https://www.instagram.com/diasporaaz/) ünvanlarından və Diaspor TV-dən izləmək mümkündür.

araz.az xəbər portalı.