araz.az tezadlar.az-a istinadən xəbər verir ki, Zığ gölünə hələ 2014-cü ildə Prezident Sərəncamı ilə 2 milyon manat pul ayrılmışdı və Suraxanı rayon İcra Hakimiyyətinin illik hesabatında gölün artıq tərtəmiz olduğu, ətrafının yaşıllaşdırıldığı, bir sözlə, xalqın istifadəsinə verildiyi bildirilirdi…

İndi Zığ gölündə pul qazanmaq istəyən bəzi dövlət qurumları yenidən bu mövzuya baş vurur, gölün bərpasından danışırlar…  Bəs indi bu nə məsələdir? «Təzadlar»ın əməkdaşları hələ o vaxt, təxminən 2015-ci ildə Suraxanı RİH-nin həmin hesabatına istinad edib kameralarla Zığ gölünün pişvazına çıxmışdır… Gördüklərimiz bizi məyyus etmişdi. Gölün «qanı qara» idi, üzü kimi. Çünki suyun üzündə qapqara mazut və kanalizasiya sularının çirkabı üzürdü, RİH-nin illik hesabatında deyildiyi kimi, qaz-ördək, qağayı, yaxud çöl qazları, balıqlar, durnalar… yox…

***

«Təzadlar»ın arxivində həmin hesabatın detalları hələ də qalmaqdadır. Bu da həmin hesabatdan bəzi məqamlar: məlum olur ki, Zığ gölünün taleyi, sən demə,  Hollandiyanın “Witteveen Bos” şirkətinə etibar edilibmiş, İqtisadiyyat Nazirliyi şirkətlə müqavilə də imzalayıbmış. Hətta Zığ gölünün bərpası üçün layihə də hazırlanıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, FHN, ARDNŞ, “Azərsu” ASC və Suraxanı rayon İH ilə razılaşdırılıb, rəy də alınıb. Sonra Prezidentin 15 oktyabr 2014-cü il tarixli, 774 nömrəli sərəncamının icrası ilə bağlı kağız üzərində «bir sıra işlər…” də görülüb… Tədbirlərin hesabatından sitat: «“Bahar Enerji” və “Abşeron Operating” şirkətləri tərəfindən İqtisadiyyat Nazirliyinə təqdim olunan lay sularının idarə olunması ilə bağlı tədbirlər planının icrasına nəzarət davam etdirilmiş, Zığ gölünün su mühafizə zonasında aşkarlanmış 3 qeyri-qanuni tullantı sahəsi təmizlənmiş, 560 ton tullantı Balaxanı poliqonuna daşınaraq zərərsizləşdirilmiş, gölün mühafizə zonası boyu qurulmuş 4 mühafizə məntəqəsi vasitəsi ilə tullantıların atılmasının qarşısı alınmış, Zığ gölünün bərpası layihəsi üzrə… açıq tender keçirilmiş və tenderin qalibi ilə danışıqlara başlanılmışdır…”. Və sair…  Bunlar 2014-2016-cı illər ərzində guya həyata keçirilmiş tədbirlərin siyahısıdır.

Bu isə dünən Zığ gölündə gördüklərimizdir:

ziq-8

ziq-5

ziq-3

ziq-7

ziq-4

araz.az xəbər portalı.