“Mayak Cargo Transportation” şirkətinin rəhbəri Saleh Ağayev Zəfər Günündə qazi və şəhid ailələri ilə görüşüb.
araz.az azsiyaset.az-a istinadən bildirir ki, tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlayıb və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Saleh Ağayev giriş sözü ilə çıxış edərək, Vətən Müharibəsi zamanı şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından danışıb.
“Dövlətimiz, cənab Ali Baş Komandan şəhid ailələrinə və qazilərə daim diqqət və qayğı göstərir. Biz də kənara çəkilməməliyik, hər birimiz onlara bütün işlərində dəstək olmalıyıq. Biz 300 illik ədalətsizliyi aradan qaldırmışıq, Azərbaycan dünyada yeni presedentlər yaradıb. Bəlkə də, möhtəşəm Zəfər Gününün əhəmiyyətini dərk edə bilmirik. Amma gələcək nəsillər, bütün dünya xalqları xalqımızın qəhrəmanlıq tarixini oxuyacaqlar. Ali Baş Komandanın rəhbərliyi altında, Azərbaycan Respublikası dünya tarixində yeni səhifə açdı. Biz hər birimiz Dövlətimizin əsgərləriyik. Şəhidlərimizin ailələri də, bizə əzizdirlər. Elə, bu günkü tədbirimizin məqsədi də, şəhid ailələri və qazilərimizə həmişə dəstək olduğumuzu bir daha göstərməkdir. Qəhrəman oğullarımızı hər zaman xatırlayacağıq. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm, onlar bizim fəxrimizdirlər. Ümumiyyətlə, dövlətimiz qazilərimiz üçün bütün şəraiti yaradıb. Biz də, iş adamları olaraq, hamılıqla, qazilərimizə və şəhid ailələrimizə birləşib, onlara dəstək olmalıyıq!” — deyə, Saleh Ağayev bildirib.
O, daha sonra qeyd edib ki, rəhbəri olduğu şirkətdə 15 nəfər İkinci Qarabağ Müharibəsi iştirakçısı var: “Qazilərimiz heç vaxt özlərini sıxıntıda hiss etməsinlər, müharibədə iştirak etdikləri üçün, qürurlansınlar. Onları anlamağa çalışıram, mən də, müharibənin dəhşətlərini gördüm. 44 günlük müharibə ərəfəsində, əlimizdən gələn qədər igid oğullarımıza dəstək göstərməyə çalışdıq”.
Çıxışının sonunda Saleh Ağayev xüsusi olaraq onu vurğulayıb ki, “Mayak Cargo Transportation” şirkətinin kollektivi, Vətən çağıranda, daim onun keşiyində durmağı özlərinə əsas borc bilirlər.
Daha sonra şəhid ailələri və qazilər çıxış edərək, bundan sonra da, dövlətimizin keşiyində durmağa hazır olduqlarını bildiriblər. Onlar öz çıxışlarında, həmçinin, “Mayak” Karqo Şirkətinin həmişə şəhid ailələrinə və qazilərə dəstək olduğunu belə xüsusi olaraq qeyd ediblər.
Bu tədbirin rəsmi hissəsinin sonunda, iş adamı Saleh Ağayev qazi və şəhid ailələrinə diplom və qiymətli hədiyyələr təqdim edib.
Tədbir konsert proqramı ilə davam etdirilib və sənət adamları böyükdən-kiçiyə hamıya ruh verən vətənpərvərlik mahnıları ifa ediblər.
araz.az xəbər portalı.