Bu barədə araz.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yeraltı təkanlar saat 22:46-da İsmayıllı stansiyasından 4 km şimalda, İsmayıllı rayonunda qeydə alınıb.
Maqnitudası 2,9, dərinliyi 7 km olan zəlzələ bəzi insanlar tərəfindən hiss olunub.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 08:00-da da İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. 7 km dərinlikdə baş verən zəlzələnin maqnitudası 3 olub.
araz.az xəbər portalı.