azersuDünən gecədən aşıb-daşan, küçəni başdan-ayağa ağzına alan kanalizasiya suları hər kəsi iyrəndirib. Sakinlər çirkli suların iyisindən də çox məsuliyyətsiz idarə-təşkilatlardan iyrəniblər. Binəqədi rayon Rəsulzadə qəsəbəsi şəhərin mərkəzində olsa da, nədənsə bütün idarə-təşkilatların gözündən uzaq, könlündən iraqdır. Binəqədi rayonu idarə-təşkilatları adı çəkilən əraziyə ögey gözlə baxır. Asfaltlar darmadağın, kanalizasiya sistemi iflic vəziyyətində. Bəli, düz oxudunuz. İflic vəziyyətində.

Yağan yağışlar günlərlə axacağını tapa bilmir. Allah Göydən günəş işığını əsirgəsə Xutorun küçələri daim su içərisidə olar. Yağış yağanda böyük küçənin girəcəyində biz getdiyimiz yolu kenquri kimi hopbanmalı oluruq! Axı niyə, axı nədən insanları heyvan sanır aidiyyatı olan qurum və təşkilatlar?! Qayıdım ilk yazdığım cümləyə. Gecədən daşan kanalizasiyanın əlindən ayağımızı başımıza tikməli olmuşuq. Evdə rahat çörək yemək olmur. Kanalizasiyanın iyisi yeməyin iyisindən çox hiss olunu süfrədə. Səhər saat 9-30-dan Azərsu Səhmdar Cəmiyyətinin 955 nömrəli qaynar xəttinə dəfələrlə zəng etmişik. Hər dəfə isə cavab eynidir: Biz məlumat vermişik, növbəniz çatanda gələcəklər. Bu cavabdan yorulsaq da etməyib tənbəllik Binəqədi rayon su idarəsinə (müştəri xidmətləri şöbəsinə 012-562-14-17) zəng etdik. Dəstəyi götürən cavan oğlan da qaynar xəttdə qızların dediyi cavab təsdiqlədi: Növbəniz çatanda gələcəklər. İndi sual edirəm: Bakı şəhəri üzrə cəmi 2-3 nəfər kanalizasiya işçisi var? Əgər idarə 2-3 nəfərdən ibarətdirsə dövlətin minlərcə işçiyə ayırdığı pullar kimlərin cibinə gedir? Onların deməyindən elə çıxır ki, sözügedən ərazinin növbəsi bu gün çatmaya da bilər. Biz isə susmalıyıq. Təki məmurlar kef çəksin. Niyə? Nədən susmalıyıq? Ölkə rəhbəri Cənab prezident İlham Əliyev hər dəfə çıxışında məmurlara tapşırıq verir ki, camaatı hər an dinləyin. Məmur hər an xalqın yanında olmalıdır. Gəlin baxaq cənab prezidentin dediyinə əməl edən neçə məmur var?! Məmurlarun çoxu prezidentə yalan məlumat verməkdən başqa heç bir iş görmürlər. Azərsu Səhmdar Cəmiyyətinin sədri hər dəfə cənab prezidentlə görüşü zamanı su-kanalizasiya sistemində heç br problemin olmadığını deyir. Yaxşı bəs Xutorun illərdir bitib-tükənməyən kanalizasiya problemin ASC-yə aidiyyatı yoxdurmu? Axı prezidentə yalan məlumat verəndə vicdanınız heçmi sızıldamır?!Artıq səbrimiz tükənib! Hörmətli redaksiya, xahiş edirik məsələnin ictimailəşdirilməsində Xutor sakinlərinə kömək edin!

Hörmətlə: Bir qrup “Xutor” sakini

araz.az xəbər portalı.