Qəzzada ölənlərin sayı 11500-ə çatıb.

araz.az xəbər verir ki, hücumların davam etdiyi, yanacaq, elektrik, qida və bir çox digər çatışmazlıqların yaşandığı bölgədə minlərlə insan ölür.
Bölgədən alınan son məlumata görə, ölənlərin sayı 11 min 500-ə yüksəlib.
Onlardan 4 min 710-u uşaq, 3 min 160-ı isə qadındır. 29 min 800 nəfər isə yaralanıb.
Eyni zamanda 1770-i uşaq olmaqla 3640 nəfərin itkin düşdüyü bildirilir.
Məlumata görə, İsrailin hücumları nəticəsində Qəzzada hər saatda 5 uşaq ölür, orta hesabla 7 körpə doğulur. /bakupost.az/

araz.az xəbər portalı.