(15 oktyabr 2003- cü il prezident seçkisindən 15 il keçir)
1. İlham Əliyev regionun ən uca boylu dövlət başçısıdır.Mən əsla Prezidentin fiziki üstünlüklərini nəzərdə tutmuram. Azərbaycan liderinə boy verən onun müstəqil xarakteridir…
2.İlham Əliyev, sadəcə, prezidentlik etmir. Onun missiyası Ali Baş Komandanlıq məqamı ilə də məhdüdlaşmır.
İlham Əliyev bu gün bir-neçə əsrlik təcrübəsi olan zorun, müdaxilənin, düşmənçiyilin, ədavətin qarşısında duruş gətirən və ciddi hərbi – siyasi uğurlara imza atan bir milli müqavimət hərəkatına rəhbərliyk edir…
3. Azərbaycan kimi mürəkkəb vəziyyətdə olan bir ölkəyə sıradan bir prezident yox, bütün davranışlarıyla ölkəsini və xalqını təmsil edən lider- dövlət başçısı gərəkir…
4. İlham Əliyev ölkəni yönləndirə bilən və yönləndirən yeganə güc və nüfuz sahibidir…
5. Azərbaycan prezidentinin öz siyasi ustadı – Heydər Əliyevdən əxz etdiyi ən mühüm keyfiyyət hansıdır – sualına mən birmənalı olaraq belə cavab verərdim: təmkin!
Təmkin siyasi liderin mükəmməllik nişanıdır.Baxın, opponentlərinin onu polemikaya cəlb edib ictimai düşüncədə tərəf-müqabil statusu qazanmağa hesablanmış bütün cəhdləri, çabaları nəticəsiz qalır.
O, təmkini ilə danışdırır və təmkini ilə susdurur.
Prezident siyasi stajlarını zənginləşdirmək üçün dəridən-qabıqdan çıxan rəqiblərinə şans vermir.
Prezidentin təmkini, istənilən müxalifyönlü siyasi pafos və bəlağətdən gur, ahəngdar səslənir…
6. Azərbaycan prezidenti diktəyə qarşı barışmazdır.
O, hər addımda müstəqil ölkənin müstəqil prezidenti olduğunu nümayiş və sübut edir.
İlham Əliyevlə təzyiqlə danışmağın faydası yoxdur və nəticəsi olmaz…
7. Bakı –Tiflis – Qars dəmir yolu, əyani obraz olaraq, Azərbaycanın müstəqilliyini (və sabahını) heç kimə və heç nəyə güzəştə getməyən Prezidentin dəmir məntiqidir…
8. Azərbaycan Prezidentinin Qarabağ siyasətini iki cümləyə sığışdırmaq mümkündür:
1. Azərbaycan ordusunu günbəgün silahlandırmaq, gücləndirmək.
2. Ermənistanı iqtisadi baxımdan perspektivsiz dövlətə çevirmək. Həqiqət kimi sadə, aydın…Və alternativsiz!
9. “Nazik sap üzərində yürüdülən xətt” (İfadə Heydər Əiyevə məxsusdur) kimi səciyyələndirilən xarici siyasət kursumuza İlham ƏIliyev praktik məzmun gətirib: “Azərbaycan qarşıdurma yox, əməkdaşlıq məkanıdır!”
10. Bir məqamı xüsusi qeyd etmək istəyirəm. Mən Azərbaycan Prezidentinin nitqində dilimizdə az-az işlədilən (hətta az qala unudulmuş) sözlərə rast gəlirəm.Məsələn, İanə , işıqfor. Bu, mütaliənin gostəricisi və həm də ana dilimizə həssas münasibətin ali nümunəsidir…
11. Heç bir əməkdaşlıq müstəqil Azərbaycan dövlətinin iradəsinə sayğısızlıqla kerçəkləşə bilməz.
Prezıdent Azərbaycanı müstəqil dövlət kimi yox, müstəqil coğrafiya statusunda həzm edən istənilən qərblinin, şərqlinin, şimallının təsəvərrünü darmadağın edir.
12. İlham Əliyev seçdiyi hədəfin üzərinə doğru qətiyyətlə irəliləyir: tələsmədən və gecikməyərək…
13. Azərbaycanın siyasi səhnəsi İlham Əliyevin şəriksiz nüfuzu və təsiri altındadır.
İlham Əliyev faktoru ictimai – siyasi fəaliyyət sahəsini sanki keçilməz zolağa çevirib. Prezidentin özündən asılı olmayaraq…
14.İlham Əliyev ənənə formalaşdırır, dövlət kultu yaradır, ( hansı ki, bizə hava və su kimi lazımdır) müstəqil dövlətçilik anlayışını dərinləşdirir və bir qədər də əlçatmaz edir..
15. İlham Əliyevin bütün fəaliyyəti boyu iki xarakterik cəhət qabarıq müşahidə olunub: soyuqqanlı məntiq və kompromissiz mövqe!
İlk baxışda təzadlı görünən bu iki xətt, əslində bir-birini tamamlayır, bir- birinin davamına çevrililir.
Söhbət ölkənin maraqlarından, Qarabağın taleyindən, dövlətin ərazi bütövlüyüdən gedirsə, Prezidentin kəskin davranışı bəzən siyasi konyukturanın sərhədlərindən xeyli kənara da çıxır.
Prezident Azərbaycanın müstəqilliyini yalnız bir şərtlə , qarşılıqlı “asılılıq” əsasında “güzəştə” gedə bilər.
21-ci əsrin qlobal qayğıları məhz bu modeli tələb edir:Milli müstəqil dövlətçilik yalnız qarşılıqlı faydalı asılılıq (əməkdaşlıq) mühitində yaşaya , rəqabətə davam gətirə və inkişaf edə bilər….
16. Zaman-zaman Heydər Əliyev fenomeninin silsilə qayıdışları gerçəkləşir və gerçəkləşəcək.
İşiqlı, canlı xatirələrlə, ustad dərsləriylə, sadiq və səmimi silahdaşları ilə.İlham Əliyevin timsalında yenidən qayıtdığı kimi.
Məncə, İlham Əliyev özünün siyasi təmkini və mükəmməl ədəb-ərkanı ilə daha çox 95 yaşlı müdrik və ağsaqqal Heydər Əliyevə oxşayır…
Alqış Musayev
P.S. Sitatlar müəllifin KİV-lərdə dərc edilmiş müsahibə və yazılarından götürülüb.
araz.az xəbər portalı.