1991-ci ildə SSRİ dağılandan sonra Ukraynada 1700 nüvə başlığı qalmışdı. Bununla Ukrayna dünyanın 3-cü ən böyük nüvə dövləti kimi, özünün təhlükəsizliyini müstəqil şəkildə təmin edə bilərdi. Lakin 1994-cü ildə ABŞ, Böyük Britaniya və Rusiyanın təzyiqi ilə imzalanmış Budapeşt memarandumuna əsasən Ukrayna nüvə silalarından imtina edərək, həmin nüvə başlıqlarını Rusiyaya verdi. Həmin Memarandumun tələblərinə əsasən ABŞ, Böyük Britaniya, Rusiya Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə zəmanət verib. Sonra Fransa və Çin də Ukraynaya verilən təhlükəsizlik zamənətinə qoşuldu.

araz.az xəbər verir ki, bunu “Xalq Cəbhəsi”nə politoloq Vüqar Dadaşov deyib.

O, qeyd edib ki, göründüyü kimi, Ukrayna əraziləri ona təhlükəsizlik zəmanəti verən elə Rusiyanın özü tırəfindən ilhaq və işğal olundu:.”Düzdür, ABŞ və Böyük Britaniya Rusiya işğalına qarşı Ukraynaya siyasi və hərbi dəstək versələr də, 1994-cü il Budapeşt Memarandumun tələblərinə görə təhlükəsizlik zəmanəti öhdəliklərinə tam əməl etmədilər. Çin isə tamamilə əksinə, qoşulduğu zəmanətin əksinə Rusiyanın Ukrayna təcavüzünə dəstək verir”.

Dünya dövlətlərinin Ukraynaya nüvə silahından imtina müqabilində verdiyi təhlükəsizlik zəmanətinə əməl etmədiyindən, Ukraynanın imzaladığı Budapeşt Memarandumu qüvvəsini itirib. Ukraynanın ərazi bütövlüyü, suverenliyi və fiziki mövcudluğu dünya dövlətlərin siyasi alver, maraq predmetinə çevrildiyi faktı isə inkaredilməzdir. Həmçinin Rusiyanın Ukraynadan işğal və ilhaq etdiyi əraziləri geri qaytarmayacağı da bəllidir. Həmin işğal edilmiş Ukrayna əraziiəri Rusiyada keçirilən referebdium və qəbul edilmiş federal qanunlar əsasında Rusiyanın tərkibinə daxil edilib:

“Bu vəziyyətdə Ukrayna nüvə silahı əldə etməyi həm hüquqi və həm də mənəvi baxımdan haqq edir. Ukraynanın qısa zamanda nüvə silahı istehsal etməyə elmi-texniki, kadr potensialı digər nüvə silahı olan ölkələrin imkanlarından daha da yüksəkdir. Əlbəttə ki, Ukraynanın dünyanın yeni güc mərkəzinə çevriləcəyi zaman məsələsidir. Budapeşt memarandumu ilə Ukrayna nümunəsi bir daha onu göstərir ki, hər bir dövlətin, xalqın təhlükəsizlik zəmanəti məhz onun özüdür”.

araz.az xəbər portalı.