Yeni ilə qədər immuniteti qaldırmaq və mədə problemləri üçün müalicəvi zəncəfil içkisi içmək olar.

araz.az xəbər verir ki, zəncəfil şirəsi və çayı iltihabəleyhinə, immunstimullaşdırıcı, antioksidant təsiri ilə məşhurdur.

Həkim İqor Strokov bildirib ki, zəncəfildə olan xüsusi ferment köp, qəbizlik və ürəkbulanmada hətta hamilələrə təsir edir.

Əgər sizdə həzm problemi, mədə ağrısı, qıcıqlanmış bağırsaq sindromu varsa, zəncəfil kömək edə bilər.

Zəncəfil qidanın həzm traktından keçməsini sürətləndirir, dezinfeksiya edir, selikli qişaları qoruyur.
Qaz, spazm, sancı və s.mübarizə aparır.

Mədə pozuntusu olah an isti suya bir qədər üyüdülmüş zəncəfil tozu əlavə edib, dəmləyib, için.
Zəncəfil metobolizmi sürətləndirir və çəkini salır.

Onda olan şoqaol və qinqerol kaloriləri yandırır.

Diabet xəstələri də zəncəfillə şəkəri sala bilər. Eləcə də bədəndəki aşırı iltihabı götürür. /Medicina/

araz.az xəbər portalı.