“Əbədi Birlik” Gənclər İctimai Birliyindən araz.az-a daxil olan məlumata görə, təşkilatın sədri Şahin Əliyev (Azərbaycan) Qazaxıstanın Beynəlxalq Xalq Diplomatiyası Birliyi Təşkilatının, “Ədəbi Asiya” Beynəlxalq Müsabiqəsinin Münsiflər Heyətinin və Təşkilat Komitəsinin sədri Baxıt Rüstəmov tərəfindən, Dünya Ədəbi Hərəkatının inkişafındakı xidmətlərinə və xalqlar arasında dostluğun möhkəmlənməsinə verdiyi alqışalayiq töhfələrə görə, “Beynəlxalq Diplom”la təltif edilib.
Bu məlumatda, təltifin qürurverici mətni də əksini tapıb və belə deyilir:
“MÜBARƏK OLSUN!
Əziz dostlar!
Biz, müxtəlif ölkələrdən olan və xalqlar arasında dostluğa töhfə vermək istəyən fəal gəncləri səmimi qəlbdən salamlayırıq! Çünki bu istiqamətdə, onların bəziləri öz imkanlarına görə hər şeyi edirlər ki, insanlar Yer kürəsində mehriban və dinc şəraitdə yaşasınlar. Fəaliyyəti parlaq belə gənclərdən biri də, Azərbaycandan olan Şahin Əliyevdir. MSND-nin xüsusi olaraq vurğuladığı kimi, o, bütün istiqamətlərdə, hərtərəfli inkişaf üçün böyük perspektivləri olan bir insandır. Qurumumuzun hərtərəfli fəaliyyətinə verdiyi yüksək töhfələri nəzərə alaraq, Şahin Əliyevi, müvafiq beynəlxalq Diplomla təltif edirik. Ona, beynəlxalq səviyyəli gənclər hərəkatındakı xidməti, eləcə də rəhbərlik fəaliyyətlərində böyük uğurlar arzulayırıq!”.
“Araz” Media Qrupunun və qrupdakı araz.az xəbər portalının kollektivi də, “Əbədi Birlik”lə bərabər, dərin hörmət və səmimi duyğular ifadəsi olan bu təbrikə qoşulur, Azərbaycan — Qazaxıstan dostluq, qardaşlıq və ədəbi əlaqələrinin daimi inkişafını arzulayır!
Tahir HÜSEYNOV,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.