Zəngəzur dəhlizi istiqamətində gömrük xidmətlərinin fəaliyyətini təkmilləşdirmək üçün Ağbənddə yeni keçid məntəqəsinin layihələndirilməsi işləri aparılır.
araz.az Report-a istinadlaxəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov deyib.
“Daha sonra isə tikinti işlərinə başlanacaq”, – deyə Ş. Bağırov əlavə edib.
Komitə sədri bildirib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi və inkişafı istiqamətində Azərbaycan dövləti mütəmadi işlər görür. “Gömrük xidməti olaraq proseslərin içindəyik. Zəngəzur dəhlizi istiqamətində də işlər gedir. Keçid məntəqələrinin inkişafı üzrə işlər aparılır. Yeni layihələndirmə işləri görülür və növbəti mərhələdə tikinti işlərinə başlanacaq”.
araz.az xəbər portalı.