1539324670_abseron.jpg

Abşeron rayonundan şikayətlər səngimək bilmir.Vətəndaşlardan ard-arda saytlara olan şikayətlərə aidiyyatlı orqanlardan hələ ki,heç bir cavab tədbiri müşahidə olunmur.Abşeron rayon sakini Tural İrfan və Vüqar Dadfaşıvun pressident.az saytına bu istiqamətdə daxil olan müraciətini olduğu kimi sizlərə təqdim edirik.
“Abşeron rayonu Masazır qəsəbəsindəki problemlərlə bağlı kənd sakinləri olaraq dəfələrlə Rayon İcra hakimiyyətinin başçısının qəbuluna düşmək üçün müraciət etmişik, bundan imtina edilib. Həm ictimai problemlər: işıq, qaz, yol və sair, həm də şəxsi məişət problemlərimiz, məmur özbaşınalığı nəticəsində rayonda qarşılaşdığımız çətinliklərlə bağlı qəbula getmək istədik. Bizi bu hüququmuzda məhrum edərək, şikayətimizin özlərinə ziyanı olacağını güman edən məmurlar imtina etdilər.
Hətta rəsmi müraciətlərimizə də cavab vermədilər. Biz də başqa yolumuz qalmadığı üçün by haqda Cümhuriyyət Tv vasitəsi ilə şikayət və müraciətimizi səsləndirdik. Bundan sonra həmişə olduğu kimi, icra hakimiyyətinin işçisi kimi özünü təqdim edən şəxslər bizə müxtəlif formalarda hədə-qorxu gəlməyə başlayıblar. Qeyd edim ki, bundan əvvəllər də rayondakı məmur özbaşınalığı və qanunsuz mənimsəmələr, mülkiyyətimizin quldurluq yolu ilə əlimizdən alınması ilə bağlı ölkə rəhbərliyinə etdiyimiz şikayətləri dayandırnağı tələb etdilər. Lakin sonra həyatımıza 4 dəfə sui-qəsd təşkil edildi. Bununla bağlı aidiyyatı orqanara təkrar müraciət etdik. Lakin təəssüflər olsun ki, gizli şəkildə və bizə məlum olmayan formada hadisənin mahiyyəti gizlədildi və heç bir tədbir görülmədi.
Hazırda ailəmizin və özümüzün ciddi həyati təhlükə qarşısında olduğumuzu bəyan edirik.
Qeyd edək ki, Tural İrfan, Azərbaycan Yazıçılar Birliyinin və jurnalistlər birliyinin üzvü, 6 kitab müəllifi, Prezident mükafatçısı., həmçinin Vüqar Dadaşov, hüquqşunas, Qarabağ Müharibəsi veteranı və əlilidir.
Bir rayonun rəhbərliyi əgər o rayonun ziyalısına, müharibə veteranına bu cür hörmətsizliyə göz yumursa, bu halda həyatımıza və ailəmizə yönəlmiş təhlükənin önlənməsi üçün aidiyyatı orqanları məlumatlandırırıq.

Tural İrfan
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezisent mükafatçısı
Vüqar Dadaşov
Qarabağ Müharibəsi veteranı, hüquqşunas”
Abşeron icra hakimiyyəti mətbuat xidməti ilə əlaqə saxladıq.Onlar bu şikayətlərin şəxsiqərəzlik zəmnində yazıldığını,Abşeronun gün-gündən çiçəkləndiyini qeyd edərək ən qabaqcıl rayon olduğunu bildirdilər.Faktlar isə göz qabağındadır. Silsilə video və faktları təqdim edəcəyik

araz.az xəbər portalı.