Ölkəmizdə fəal gənclər qurumlarından biri olan “Əbədi Birlik” Gənclər İctimai Birliyi, TURKPA-nın təşkil etdiyi “Heydər Əliyev və parlamentarizm” və “TURKPA-nın 15-ci ildönümü: Keçmişin təcrübəsi, bu günün reallıqları və gələcək perspektivlər” mövzusunda keçirilən konfransında iştirak edib. Bu barədə, təşkilatdan araz.az-a daxil olan məlumatda deyilir ki, konfrans əsnasında, “Əbədi Birlik” Gənclər İctimai Birliyi İdarə Heyətinin rəhbəri — təşkilatın sədri Şahin Əliyev, fəxri üzv Mirdaməd Əzizov və Maliyyə Departamentinin rəhbəri Murad Nəbiyev ilə, Türkiyənin Bursa millət vəkili Osman Mesten, Adana Millət vəkili Ahmet Zenbilci, Antalya millət vəkili Atay Uslu, Tokat millət vəkili Kadim Durmaz, Kocaeli millət vəkili Harun Yıldızlı arasında xoş danışıqlıqlar aparılıb. Eyni zamanda, Qırğızıstanın Manas Universitetinin rektoru, Prof. Dr. Alpaslan Ceylan və həmin universitetin Prof.Dr-u Serhat Burmaoğlu ilə, “Əbədi Birlik” Birliyi İdarə Heyəti üzvləri arasında fikir mübadiləsi aparılıb, xüsusi olaraq, təşkilatın Qırğızıstan dövləti üzrə nümayəndəliyinin açılması mövzusuna toxunulub.

Məlumata görə, Türkiyənin millət vəkili Osman Mesten, “Əbədi Birlik” Gənclər İctimai Birliyi tərəfindən, qarşılıqlı töhfəyə və əməkdaşlığa, Azərbaycan — Türkiyə dostluq və qardaşlıq əlaqələrinin inkişaf edərək, möhkəmləndirilməsində, Türk Dünyası gənclərinin maarifləndirilməsindəki yüksək xidmətlərinə görə, təltif edilib. Eləcə də, millət vəkili Osman Mesten tərəfindən, “Əbədi Birlik” Gənclər İctimai Birliyinin İdarə Heyətinə, Türkiyə Cümhuriyyəti Prezidenti cənab Recep Tayyib Ərdoğanın yazdığı, “Daha Adil Bir Dünya Mümkün!” kitabı və təmsil olunduğu Bursa şəhərinin mədəniyyətini təbliğ edən şirniyyat hədiyyə olunub.

Fərhad MƏMMƏDOV, 

araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.