Azergold FullColour onlight Prt AZE 01

Daşkəsən rayonunda yerləşən, regionun ən nəhəng dəmir filizi
yataqları kompleksinin idarəedilməsi məqsədilə fəaliyyət göstərən
“Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyəti Cəmiyyətinin (DDF MMC)
sahəsində olan yararsız tikililərin sökülməsindən əldə edilən materiallar
ehtiyacı olan şəxslərə paylanılıb.

Bu barədə, qurumdan araz.az-a daxil olan məlumata görə, sosial məsuliyyət siyasəti çərçivəsində, Cəmiyyətin nəzdində
fəaliyyət göstərən Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsi Daşkəsən
Rayon İcra Hakimiyyətinin tərtib etdiyi siyahı əsasında, Daşkəsən şəhəri,
Yuxarı Daşkəsən qəsəbəsi, Kəmərqayalı və Bayan kəndlərində yaşayan
şəhid ailəsi üzvlərinə, qazilərə və aztəminatlı ailələrə müxtəlif tikinti
materiallarının, o cümlədən mişardaşı, dam örtük materialları, taxta,
pəncərə, qum və çınqılın verilməsini təmin edib.

Ehtiyacı olan şəxslərətikinti materiallarının paylanılmasının davam etdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, DDF MMC-nin KSM Komitəsi Cəmiyyət tərəfindən icra
edilən və planlaşdırılan hasilat və istehsalat fəaliyyəti ərzində sosial
məsuliyyət tədbirlərinin idarəedilməsi, ətraf mühitin mühafizəsi, yerli əhali
ilə əməkdaşlığın prioritet istiqamətlərinin müəyyən edilməsi məqsədilə cari
ilin sonunadək, eləcə də 2024-cü il üzrə fəaliyyət planları və təkliflər
hazırlanmaqdadı.

Elə, məlumatın sonunda da, qeyd olunub ki,
MMC-nin fəaliyyətinin yaxın illərdə aktiv fazaya keçməsi
ilə, KSM Komitəsi tərəfindən icra ediləcək layihələrin də, miqyasının və
əhatə etdiyi istiqamətlərin genişləndirilməsi planlaşdırılır.

araz.az xəbər portalı.