Rozmarin, qırmızı bibər, mixək, darçın nə qədər faydalı olsa da, bəzi xəstəliklərdə əks-göstərişdir.
araz.az xəbər verir ki, qastroenteroloq Dilara Lebedeva səhhətdə problem yarada biləcək ədviyyatları açıqlayıb:
“Ədviyyatlar antioksidant, antiiltihab və mikrob əleyhinə təsir edir.
Sarıkökdə kurkumin adlı maddə şəkər və xərçəng riskini azaldır.
Darçın qanda şəkəri salır, zəncəfil iltihaba qarşıdır.
Amma zərərliləri də var.
Rozmarin – mərzə hamilələrə, böyrək xəstələrinə zərərdir. Sidikqovucudur, eləcə də yüksək təzyiqdə olmaz.
Qırmızı acı bibər – təzyiqi qaldırır, qastritdə, xorada olmaz, aclıq hormonunu artırır.
Mixək – mədə problemlərini artıra bilər, çox miqdarda qəbul yuxu gətirir.
Həddən artıq darçın qəbulu qaraciyərə toksiki təsir edir.
Mixək, hil və s. qaşınma, allergiya verə bilər.
Bəzi ədviyyatlar qəbul olunan dərmanlarla əks təsirə girərək, dərmanın effektivliyini azaldır.
araz.az xəbər portalı.