“Düşünürəm ki, ölkədə qızılcaya yoluxmanın artdığı dövrdə əhatə dairəsinin genişlənməməsi, yoluxanların fəsadlarının təhlükəli həddə çatmaması üçün bütün təhsil müəssisələrində 1 həftəlik fasilə verilməlidir. Çünki təkcə orta məktəblərdə yox, həmçinin universitet tələbələri arasında yoluxma halları baş verib”.

araz.az  xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.

“Çox təəssüf ki, hazırda şagirdlər arasında qızılca xəstəliyinə tutulmuş şəxslərin sayı artır. Ağır xəbər budur ki, iki şagird qızılcadan dünyasını dəyişib. İnsanlar hələ də başa düşmək istəmirlər ki, biz pandemiya dövründə yaşayırıq. Koronavirus infeksiyası bitməyib və indi müxtəlif xəstəliklər formatında insanlara bulaşır. Məktəblərin mütəmadi olaraq dezinfeksiya işlərini həyata keçirməliyik, hansısa əlamət müşahidə olunan şagirdi nəzarətə almalıyıq və əsas, məktəblərdə tibbi xidmətin keyfiyyətini yüksəltməliyik. Mövsümü xəstəlikləri də nəzərə alsaq, məktəbdə şagirdlər arasında vəziyyətin ürəkaçan olmadığını görə bilirik”, – o deyib.

araz.az xəbər portalı.