ABŞ-də oxuyan hər kəs agent deyil. Yerli mediada olan yazılarda belə fikir yoxdur.

araz.az  bildirir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinq zamanı deyib.

“Dövlət Proqramında bu günə qədər ABŞ-də təhsil alan tələbələr olub və bu gün də var. ABŞ-də oxuyan hər kəs agent deyil. Yerli mediada olan yazılarda belə fikir yoxdur”, – nazir bildirib.

Nazir qeyd edib ki, Dövlət Proqramı ilə xaricdə təhsil alan tələbələrə hər zaman nazirlik olaraq dəstək olurlar.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin media üçün brifinq keçirir. Brifinqdə elm və təhsil naziri Emin Əmrullayev, Ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iştirak edir.

araz.az xəbər portalı.