Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində “Elm və Texnologiya Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilir.

araz.az   bildirir ki, bununla bağlı rəsmi mətbuatda elan yerləşdirilib.

Kreditorlar iki ay ərzində tələblərini AZ1001 Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 30, mənzil 109 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Elm və Texnologiya Parkı” 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 50 manatdır.

araz.az xəbər portalı.