İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın noyabr sayını təqdim edib.

araz.az    xəbər verir ki, “İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-oktyabr aylarında həyata keçirilmiş ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

Bu reytinqə əsasən, qeyd olunan dövrdə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda 1-ci yeri 98,4 milyon dollarlıq ixrac həcmi ilə Şirinov Elvin Valeh oğlu tutur. İş adamı pambıq istehsalçısı “MKT İstehsalat Kommersiya” MMC-ni, metal məmulatlar istehsalçısı “Baku Steel Company” QSC-ni, qızıl, gümüş və mis istehsalçısı “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyini geridə qoyub.

Elvin Şirinovun pomidor ixracı ilə məşğul olduğu bildirilir.

Fərdi sahibkar 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır və hüquqi ünvanı Yevlax şəhəri, Bakı Prospekti, ev 4-dür.

araz.az xəbər portalı.