“Heydər Əliyev İli” çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan poçt markalarını dövriyyəyə buraxıb.

araz.az-ın xəbərinə görə, bu barədə  Azərpoçt” MMC-dən verilən məlumata görə, müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin xatirəsinə həsr olunmuş markalar müxtəlif kateqoriya üzrə hazırlanıb və iki dövlətdə çap olunub. Bu markalar arasında 1 markadan ibarət blok məhdud sayda, cəmi 2000 tirajla, hər biri isə özəl nömrələnmiş Almaniyanın Berlin şəhərində yerləşən “Bundesdruckerei” nəşriyyat evində çap olunub.

araz.az xəbər portalı.