Xalq təbabətində adı dillər əzbəri olan gülxətmi digər dərman bitkiləri kimi insan sağlamlığı üçün çox faydalıdır. Yüksək sağlamlıq potensialı etiva edən bu çiçək insanlar arasında da geniş şəkildə istifadə olunur. Gülxətmi çiçəyinin ən faydalı qismi kökləridir. Bəs gülxətmi hansı xəstəliklərə qarşı şəfalıdır?

araz.az   gülxətminin bəzi faydalarını təqdim edir:

Gülxətmi çayının faydaları:

– Öskürəyi yumşaldır
– Arıqladır
– Dərini rahatladır
– Hüceyrələri təzələyir
– Köpün qarşısını alır
– Mədə qıcqırması və gəyirməni aradan götürür
– Mədə ağrısını azaldır
– Qaraciyərin funksiyasını yaxşılaşdırır

– Gülxətmi çiçəyinin sidikqovucu xüsusiyyəti var.

– Bədənin hər hansı bir yerində çıxan sızanaqların üzərinə gülxətminin sıyığı sürtülsə, qısa zamanda yaraları sağaldar.

– Diş sağlamlığı mövzusunda da son dərəcə faydalı olan gülxətmi çiçəyi, diş əti çəkilmələrində, diş iltihablarına da kömək edir.

– Qadın xəstəliklərində gülxətmi çiçəyi dəmləməsi qoruyucu təsir göstərir.

– Böyrək daşı zamanı gülxətmi çiçəyinin tozunun istifadəsi daşların əriməsinə kömək edir.

– Soyuqdəymə hallarında bəlğəmli öskürək zaman 10 gün gülxətmi çiçəyinin dəmləməsi çox effektli təsir edir.

araz.az xəbər portalı.