Noyabrın 30-da Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsinə məktub göndərib.

araz.az  Turan.az-a istinadən bildirir ki,  Komitənin saytındakı məlumatda qeyd edilir ki, Eyvazov elektron poçtla bildirib ki, Həsənli, Vaqifqızı və Kekalova qarşı ittihamların onların işilə əlaqəli olması barədə iddialar “tamamilə əsassızdır”.

Eyvazov bildirib ki, həmin üç nəfər “gömrük nəzarətindən kənarda və ya gizli və bəyannamə olmadan” Azərbaycanın dövlət sərhədindən “böyük miqdarda xarici valyuta” keçiriblər və “Abzas Media”nın ofisində tapılan 40 000 avro qaçaqmalçılıqla keçirilən valyutanın “bir hissəsi” olub.

araz.az xəbər portalı.