cek-ozellesdirme.jpg“Fırıldaqçılar çeklərdən böyük mülklər qazandılar”

Professor Çingiz Qasımov”Bizim yol” redaksiyasına məktubla müraciət edərək ölkəmizdə bir zamanlar dövriyyəyə buraxılmış vauçerlər, özəlləşdirmə çekləri ilə bağlı insanların hüquqlarının pozulduğunu bildirib. Çingiz müəllim məktubunda yazır.

“Belarusiya Respublikasında özəlləşdirmə bizdən çox əvvəl başlayıb və bu gündə davam edir. Sosial ədalət naminə bütün vətəndaşlara həm ev almaq üçün vauçer, həm də dövlət əmlakı almaq üçün vauçer vermişdilər. Hətta bu gün Belarusiya banklarında üç yüzdən çox dövlət müəssisələrinin payları açıq şəkildə vətəndaşlara vauçerlə satılır. Bu vauçerlər neçə illərdir ki, sosial ədaləti qorumaq üçün infliyasiyaya uyğun olaraq indeksləşdirilir. 2019-cu ilə qədər kim istifadə etməsə dövlət qanuna uyğun olaraq, onların dəyəri qədər kompensasiya verəcək. Bizdə isə vəziyyət xalqın əleyhinə çevrildi. Ümummilli lider Heydər Əliyevinverdiyi və bu gündə qüvvədə olan 450 nömrəli Fərmanla bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi istifadədən imtina etmək qadağan olunub, lakin, səkkiz ildir dövlət əmlakı Konstitusiyamıza və Qanunlarımıza əks olaraq- ancaq pullu hərraclarda satılır. Birinci Özəlləşdirmə Proqramı Ulu Öndər Heydər Əliyev tərəfindən qanunla qəbul olunmuşdur və orta hesabla bütün özəlləşdiriləcək dövlək əmlakının 65 faizini təşkil edirdi. Eyni zamanda bu qanunla özəlləşdirmə çekləri – əmlak payları infliyasiyadan qorunurdu. Bir haşiyə çıxım ki, 1997-1998- ci ildə neft sənayesini nəzərə almayaraq bir Özəlləşdirmə Payının nominal əmlak dəyəri 1000-2000 ABŞ dolları arasında hesablanmışdır. 2010-cu ilin sentyabr ayında Siyəzən Broyler özəlləşdirilən zaman Dövlət Əmlak Komitəsinin və Qiymətli Kağızlar Komitəsinin birgə rəyi ilə infliyasiyanı nəzərə alaraq bir özəlləşdirmə payı 1800 ABŞ dolları hesablanmışdır”, – deyə məktubda bildirilir.

Çingiz Qasımov hesab edir ki, özəlləşdirmə çekləri ilə bağlı bir qrup məmurun yol verdiyi dələduzluq nəticəsində bu prosses tamamlanmamış qalıb və sadə xalqın hüquqları pozulub. Məsələni araşdırmağa qərar verdik.

Çeklərin dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanılıb. Vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanılıb. 1997-ci il yanvar ayının 1-dək anadan olmuş hər bir vətəndaşa 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Çeklərin tədavül müddəti bir neçə dəfə uzadılıb. Belə ki, müvafiq fərmanlar ilə 2002-ci il yanvarın 1-nə, 2004-cü il iyulun 1-nə, 2008-ci il yanvarın 1-nə kimi çeklərdən istifadə müddəti artırılmışdı. 23 dekabr 2009-cu il tarixində imzalanan fərmanla sonuncu dəfə çeklərin tədavül müddəti artılıb. Beləliklə, çeklərin istifadə müddəti 2011-ci il yanvar ayının 1-də başa çatıb.

 

İqtisadçı ekspert Qubad İbadoğlunun fikrinə görə, müstəqillik elan etmiş ölkələrin heç birində özəlləşdirmə çeki səmərə verməyib. Özəlləşdirmə çeklərinin tədavül müddəti başa çatsa da qara bazarda az da olsa alqı-satqısı davam edir. “Çek məsələsi Azərbaycanda müəyyən məqsədlər üçün istifadə olundu. Vauçerlərdən adətən inkişaf etmiş ölkələrdə kütləvi özəlləşdirmə modelində istifadə olunur. Vauçer kimi qiymətli kağızlar 3 ildən artıq dövriyyədə olmur. Azərbaycanda isə bu kağızlar 13 il dövriyyədə saxlanıldı. Düzdür tədavül müddəti başa çatıb. Amma o bir qiymətli kağızdır. Mən öz payıma düşən çeklərievdə saxlayıram, özəlləşdirmədə prosesindəki fırıldağın yadigarı olaraq o məndə qalır,saxlayıram ki, səhər övladlarıma nəvələrimə göstərim. Buçeklər nəticəsində Azərbaycanın mülkiyyətinin böyük bir hissəsi fırıldaqçıların əlinə keçib. Ən pisi bu oldu ki, Azərbaycanda hərraclara çıxarılan dövlət əmlakını çeklərlə deyil, nağd pulla özəlləşdirdilər. İndi Azərbaycanda özəlləşdirmə perspektivi olan Beynəlxalq Bank, Daşkəsən Filiz Saflaşdırma Kombinatı,”Azərtürk Bank” kimi müəssisələr var. Görünən ondan ibarətdir ki bu çeklərdən orda istifadə olunmayacaq. Belə iri müəssisələrədə adətən investisiya müsabiqəsi keçirilir və sağlam menecer dəvət olunur. Özəlləşdirmənin modeli hələ ki, açıqlanmayıb. Azərbaycanvauçerlərin təkrar istifadəsinə yer açılacağını hesab etmirəm.

  

İqtisadçı ekspert Natiq Cəfərzadə qeyd edib ki, 90-cı illərdə bütün postsovet məkanında dövlət əmlakının özəlləşdirilməsindən xalqa pay düşsün deyə proses başladıldı. “Bu ilk dəfə Rusiyada həyata keçirildi və bu kifayət qədər ciddi şəkildə aparıldı. Bundan varlanan milyonlar götürən insanlar oldu. Dövlət müəssisələrinin bir hissəsi oliqarxların əlində cəmləşdi. Azərbaycanda da çeklər buraxılıb əhaliyə paylandı. Amma özəlləşdirmə prosesi ümidləri doğrultmadı. Xidmət, enerji, mənzil kommunal təsərrüfatı və.s kimi sahələrdəcəlbedici aktivlərin heç biri özəlləşdirməyə çıxarılmadı. Fondlar yaradıldı və bu fondlar vasitəsi ilə insanlardan həmin çeklər – vauçerlər çox ucuz qiymətə yığıldı. Özəlləşdirilən müəssilərin əsas dəyəri onun yerləşdiyi torpağı idi. Kiçik müəssisələri çek hərraclarında alır, müəssisə ləğv edilir, onların yerlərində tikinti aparılırdı. Beləliklə tikinti bumu başlandı. Çeklərin böyük qismi demək olar ki, batdı. Bu gün dövlət müəssisələrində özəlləşdirmə yenə həyata keçirilir, lakin əmlak çek qarşıllığında deyil nəğd pulla ödəniş həyata keçirilir. Çünki Azərbaycanda səhm bazarı formalaşmayıb. Burdan sadə xalqdan kimlər faydalandı? Yalnız çeklərin qiyməti ən maksimal həddə – yəni yüz dollar civarında olanda çeklərini satan adamlar cüzi qazanc götürdülər. Vəssalam. Dövriyyədəki məhdudiyyət başa çatıb və bu vauçerlər qiymətdən düşüb. Əgər Azərbycan yenidən özəlləşdirmə layihəsini həyata keçirəsi olsa bu vauçerlər yeniləri ilə əvəz olunmalıdır. İkinci mərhələ olmasa o zaman o vauçerlərin taleyi sona çarıb. Təəssüf ki, Azərbaycanda səhm bazarı formalaşmadı, divident ödəyən səhmdar cəmiyyətlər olmadı, hətta səhm alan adamlar da öz səhmlərini əsas səhmdara qəpik-quruşa satdılar. İnsanların buna marağını öldürdülər”. Ekspertin sözlərinə görə, qanunvericiliyə əsasən çeklərdən istifadə müddətinin artırılması üçün ayrıca fərmana ehtiyac var.

Korporativ qiymətli kağızlar bazarındakı mənbədən “Bizim yol”a verilən məlumata görə, özəlləşdirmə çekləri ilə bağlı oyunlar hələ davam edir və bu “era bitməyib”. “Özəlləşdirilməyən səhmdar cəmiyyətləri əgər nizamnamə kapitallarının həcmi ilə hesablamanı aparsaq özəlləşdirmə, demək olar ki, heç başlamayıb. Çünki əsas ASC-lərin sayı deyil, iriliyi götürülməlidir. Belə olan halda Neft Emalı Zabodları,AZAL sərnişin və AZAL yükdaşıma QAZ emalı ilə müqayisə olunan tək-tük cəmiyyət var. Özəlləşdirmə zamanı paylanılmış çeklərin 25 faizi reallaşdırılmadı. Bu böyük bir məbləğdir. Dörddə biri deməkdir. Bu gün qara bazara üz tutsanız görərsinz ki, tədaavül müddəti bitdi deyilən həmin çeklər 12-16 manatdan satılır. Bu günə olan məlumata görə, çeklərin satış qiyməti 12 manat təşkil edir.Yəni bu gün əslində çek alqı -satqısı ilə məşğul olan adamların əlindən əldə qalan çeklər də çıxarılır. Demək ki, bu oyun davam edir, bu hələ kimlərəsə lazımdır. Çox mümkündür ki, bu çeklər bərpa olunsun və ya əvəzlənsin. Özəlləşdirilməsi barədə elan verilən müəssisələrin hələ 30-40 faizi özəlləşdirilməyə çıxarılmayıb. Qiymətli Kağızlar bazarından və əlaqədar qurumlardan isə hələ ki, “çeklərin vaxtı uzadılamayacaq” deyə rəsmi bir bəyanat gəlməyib.

araz.az xəbər portalı.