“Narın müntəzəm istehlakı hemoglobini artırmır”.

araz.az xəbər verir ki, bu barədə terapevt və qastroenteroloq, tibb elmləri namizədi Konstantin Spaxov danışıb.

Həkim narın faydalı xüsusiyyətlərinə görə onu müntəzəm qida rasionuna daxil etməyə dəyər olduğunu vurğulayıb:
“Araşdırmalar bu məhsulun piylənmə, metabolik sindrom və 2-ci tip diabet üçün faydalı olduğu müəyyən edilib.

Giləmeyvələr antioksidant tərkibinə görə narla müqayisə edilə bilər. Narın qiyməti qalxan zaman onu dondurulmuş giləmeyvə ilə əvəz edə bilərsiniz. Gün ərzində ən azı yarım stəkan nar dənəsi və ya giləmeyvə istehlak etmək çox sağlam vərdişdir”, – Spaxov bildirib.

Eyni zamanda, Spaxov nar haqqında ən məşhur miflərdən birini dağıdıb:

“Nar hemoglobini artırmır. Ümumiyyətlə, dəmiri heyvani məhsullardan – ətdən və xüsusilə qaraciyərdən almaq daha yaxşıdır”.

araz.az xəbər portalı.