Hazırda mətbuatda 8 km bazarının söküləcəyi ilə bağlı mediada çeşidli məlumatlar tirajlanır.

Qeyd edək həmin ərazidə 3 fərqli bazar mövcuddur. İndiki adı “8-ci km Ticarət Mərkəzi MMC” olan bazar SSRİ vaxtından fəaliyyət göstərir. Buranın köhnə adı “4 nömrəli kolxoz bazarı” olub. Digər iki bazar isə müstəqillik illərində sonrada yaradılıb. Hazırda ətrafında ajiotaj yaradılan məhz köhnə bazardı.

araz.az bildirir ki, həmin bazarın səhimdarlarının Azinforum.az-a verdiyi məlumata görə, bu ticarət mərkəzini 1981-ci ildə Bağırov Mirəli Mehdi oğlu adlı şəxs yaradıb. Sonra əmək kollektivini təmsil edən 37 nəfərin adına özəlləşdirilib və bazara rəhəbərliyi məhz sözügedən şəxsə həvalə edilib.  2001-ci ildə ləğv edilmiş Dövlət Əmlak Komitəsinin sabiq sədri Fərhad Əliyevin təzyiqi ilə bazar bu şəxslərin alınaraq, Rasim Qurbanov adlı şəxsin adına rəsmiləşdirilir. 2008-ci ildə bazar məhkəmə yolu ilə yenidən köhnə sahiblərinə qaytarılıb.

Qısa müddət sonra bazar yenidən əsl  sahiblərindən alınaraq , Əmlak Kommitəsinin balansına verilib. Bizə təqdim olunan rəsmi sənəddlərdə bu barədə aşağıdakı kimi bəhs olunur:

“Keçmiş Dövlət Əmlak Nazirliyin 29.09.2000- ci il tarixli 220 nömrəli sərəncamı ilə Bakı şəhər istehlak bazarı və xidmət departamentinin 4 nömrəli bazarının bazasında “Ticarət Mərkəzi-4” ASC yaradılmış və 30.05.2001 – ci il tarixində “Ticarət Mərkəzi – 4“ ASC -nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi başa çatıb.

Xətai Rayon Məhkəməsinin 24.01.2008 -ci il tarixli 2 – 214 / 2008 saylı qətnaməsinin icrasını təmin etməklə “Ticarət Mərkəzi – 4“ ASC – nin yaradılması barədə Keçmiş Dövlət Əmlak Nazirliyinin 29.09.2000 – cil tarixli 220 saylı sərəncamə ləğv edilmiş. 4 nömrəli bazarın həmin sərəncama qədər olan vəziyyətə qaytarılması səhmdar cəmiyyətinin bütün əmlakının Dövlət Əmlak Komitəsinə təhvil verilməsi qərara alınıb”.

Çox maraqlıdır, nə baş verib ki, 2008-ci ildə tam qanuni əsaslarla özəlləşdirilən bazarın sənədləri ləğv edilir? Hələ ki, səhimdarlara  bununla bağlı hansısa ciddi bir sənədin təqdim edilmədiyi bildirilir.

Nə qədər qəribə olsa da, 2019-ci ildə  bazara nəzarəti yenidən Rasim Qurbanovun oğlu Bəhram Qurbanov ələ alır. Faktiki olaraq hazırda sözügedən   bazar bir vaxtlar sabiq nazir olan və bir sıra ağır cinayətlər törətməyə görə azadlıqdan məhrum edilən Fərhad Əliyevin ora rəhbər gətirdiyi Rasim Qurbanovun iki oğlunun nəzarətindədir. Bazarın səhimdarları bildirir ki, bu şəxslər bazarın saxta sənəd əsasında özəlləşdirdiklərini bildikləri üçün  oranı   tələsik satıb aradan çıxmaq istəyirlər. Fakitiki olaraq həmin bazarın sökülməsindən söhbət getmir.

Azinforum.az olaraq yazıda adları çəkilən şəxslərin də mövqeyinə yer verməyə hazır olduğumuzu bildiririk.

araz.az xəbər portalı.