Tez-tez tualet çağırışları sağlam insana məxsus simptom deyil.

araz.az  xəbər verir ki, həkim Olqa Şarapova insanları xəbərdar edib.
“Yaşından asılı olmayaraq, tez-tez sidiyə gedənlər, qanda şəkər və sidik analizi verməlidir.

İnsan uzun müddət hiperqlikemiyadan xəbərsiz olur. Ağlına gəlmir ki, şəkərə doğru gedir. Bəzən şəkər özünü adi yorğunluqla büruzə verir.

Xüsusən gecələr tualetə getmək yoxlanmağa əsasdır. Çünki böyrəklər qandakı artıq şəkəri fasiləsiz olaraq sidiklə xaric edir.

Eləcə də dəri quruluğu, ağzın quruması, quru göz, daban çatları, dirsək qaralması şəkərin əlamətidir”.

araz.az xəbər portalı.