Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli dekabrın 5-də “Əlcəzair-2” Universitetinin professoru Şakib Benhafri ilə görüşüb.

araz.az   xəbər verir ki, görüşdə İcma sədri Qərbi azərbaycanlıların öz evlərindən zorla qovulması nəticəsində Ermənistanın monoetnik dövlətə çevrildiyini deyib.

O qeyd edib ki, soydaşlarımızın tərk etdikləri yaşayış məntəqələrinin əksəriyyəti bu gün də boş və viranədir, mədəni irsimiz dağıdılıb, məzarlıqlarımız yerlə-yeksan edilib.

Əlcəzairli qonaq baş verən hadisələrin insanlıq tarixində utancverici səhifə olduğunu ifadə edib.

araz.az xəbər portalı.