Məhəmmədəli QƏRİBLİ.

Şəkildə gördüyünüz bu ağsaqqalın adı Henri van Rensdir. O, Niderland Krallığının vətəndaşıdır. Adam yük maşını sürücüsüdür. Ağsaqqal ətrafında apardığım araşdırmalardan sonra müəyyən etdim ki, o, öz işi ilə fəxr edir. Öz sosial şəbəkə hesabında sürdüyü “Tır” maşınları ilə bağlı paylaşımlar edir. Ancaq bizim bəzi qurumlar bu kişini öz sevdiyi işlə rahat məşğul olmağa imkan vermir.
Rəy bölümündə paylaşacağım fotolardan görəcəksiniz ki, Henri kişi bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və ANAMA-nın tərəfdaşlığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq foruma qonaq qismində dəvət edilib. Deyə bilərsiniz ki, burada qeyri-adi nə var ki?
İş burasındadır ki, Henri kişi sentyabr ayında başqa bir dövlət qurumunun, konkret olaraq, Diaspor Komitəsinin dəvəti ilə Azərbaycanda keçirilən tədbirlərdən birində holland yazıçısı kimi iştirak edib. Yəqin ki, QHT Agentliyi bugünkü tədbirə onu minatəmizləyən qismində dəvət edib. Çünki tədbirin adından bu nəticəyə gələ bilərik.
Ola bilər ki, bu kişi həm “tır” sürür, həm də həvəskar kimi şeir yazır. İndi bu “fitri istedadına” görə o qrant pullarını silmək üçün bizim qurumlar tərəfindən “kruqa” buraxılmalıdır? Bəyəm əlaqə qurmağa, ölkə həqiqətlərini xarici auditoriyaya çatdırmaq üçün başqa adam, fərqli peşə sahibi yoxdur ki, bu sürücünün ümidinə qalıbsınız?
Səsimizi çıxarmasaq yəqin ki, gələn dəfə hansısa bir dövlət qurumu onu ginekoloq kimi ölkəyə gətizdirəcək. Yazdıqlarımı sübut edən mötəbər sübutları rəy bölümündə paylaşıram.
Məhəmmədəli Qəribli
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı


araz.az xəbər portalı.