“Ağır infeksion xəstəlik olan qızılcanın fəsadları da xeyli ağır olur”.

araz.az bildirir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, bəzi şəxslərdə bu xəstəlik ağır fəsadlaşmış şəkildə keçir və hətta ölümlə nəticələnir.

İnfeksionistin sözlərinə görə, qızılcaya yoluxan şəxsin səhhətində paralel şəkildə digər bəzi xəstəliklər də ortaya çıxa bilər. Bu xəstəliyin fəsadlarından ən çox rast gəlinəni isə pnevmaniyalardır.

Təyyar Eyvazov bildirib ki, qızılcaya qarşı spesifik müalicə yoxdur. Bu səbəbdən də ən yaxşı üsul peyvənd vurulmasıdır.

 

araz.az xəbər portalı.