Falçılar insanın əllərinin içinə baxıb onun keçmişini və gələcəyini “görə” bilirlər.

Təbii ki, bu cəfəngiyatdır və buna yalnız çox sadəlövh insan inana bilər.

Lakin insanın əllərinə baxıb onun səhhətində olan bəzi pozulmaları və xəstəlikləri həqiqətən təyin etmək mümkündür. Saglamolun.az bildirir ki, bir çox hallarda həkimlər pasiyenti müayinə etdikdə onun əllərinin dərisinə, rənginə və s. fikir verirlər.

– İnsanın ovucları qeyri-təbii qırmızı rəngdə olduqda, bu qara ciyərin toksiki zədələnməsinin (hepatit, hepatoz, qara ciyər sirrozu) əlaməti ola bilər.

– Ovucların dərisi sarımtıldırsa, bu qa qara ciyərin və öd kisəsinin xəstəliklərindən xəbər verə bilər (hepatit, öd daşı xəstəliyi, öd kisəsi iltihabı və s.).

– Əllərin üzərində qəhvəyi rəngdə piqment ləkələri varsa, bu öd kisəsinin xəstəliklərinə işarə edə bilər. Yaşlı insanlarda isə bu orqanizmin qocalması ilə bağlıdır.

– Əllərin dərisi çox ağ olduqda, bu anemiya (qanazlığı), hipotoniya (arterizl təzyiqin aşağı olması), sinir sistemi pozulmalarının əlaməti ola bilər.

– Avitaminoz zamanı əllərin dərisi qabıq verir. Bu adətən orqanizmdə A və D vitaminlərinin çatışmazlığı ilə bağlıdır.

– Əgər insanın əlləri hətta isti havada soyuq olur, soyuq havada isə ağarır və keyiyirsə, bu insanda olan periferik qan dövranı pozulmasından xəbər verə bilər.

Bir çox hallarda bunun səbəbi orqanizmdə nikotin turşusunun çatışmazlığı olur.

– Əllərin çox isti olması qara ciyərdə olan pozulmalara işarə edir.

– İnsanın əlləri daim nəm olduqda, bu ürək xəstəlikləri və qalxanvari vəzidə olan pozulmalardan (qalxanvari vəzi hiperfunksiyası) xəbər verə bilər.

– Daim nəm və isti əllər qalxanvari vəzi funksiyasının artması (hormonlar lazım olandan artıq miqdarda ifraz olunur), daim quru və soyuq əllər isə qalxanvari vəzi funksiyasının azalmasının (hormonlar lazım olandan az miqdarda ifraz olunur) əlaməti ola bilər.

– Həmçinin əllərin daim nəm olması sinir sisteminin pozulmalarına da işarə edə bilər.

– İnsanın əlləri tez-tez şişirsə, bu qalxanvari vəzi, böyrəklər, ürək, qara ciyər xəstəliklərindən, allergiyadan xəbər verə bilər.

– Nəfəsalma sistemi xəstəliklərindən əziyyət çəkən insanlarda əllərin ovucları çox quru olur.

– Barmaqların nazilməsi və barmaq uclarının enli olması (barmaqlar baraban çöplərinə, dırnaqlar isə saat şüşələrinə oxşayır) ciddi ürək xəstəliklərinin simptomudur.

– Əgər insan “əllərdə qarışqa gəzməsini” tez-tez hiss edirsə, bu endokrin sistemi xəstəliklərinə işarə edə bilər.

– Barmaqların keyiməsi bir çox xəstəliklərinin simptomu ola bilər. Uzun müddət ərzində kompüterdə işləyən insanlarda bilək nahiyəsində sinir sıxılır və bu ağrılara və barmaqların keyiməsinə səbəb olur. Buna tunel sindromu deyilir.

– Əgər insan səhər yuxudan oyandıqdan və ya uzun müddət ərzində oturaq vəziyyətdə (məsələn, kitab oxuduqda və s.) olduqdan sonra barmaqlarında keyimə hiss edirsə, bu boyun osteoxondrozun əlaməti ola bilər.

– Əllərin və barmaqların keyiməsi həmçinin hipertoniya, endokrin sistemi pozulmaları, Reyno xəstəliyi, beyin qan dövranı pozulmalarından əziyyət çəkən insanlarda təsadüf edilir. Əllərin keyiməsi (xüsusilə bir əlin) çox ciddi simptomdur. Bu simptom digər simptomlarla yanaşı (ürəkdə və ya başda güclü ağrı, başgicəllənməsi, ürəkbulanması, qusma və s.) infarkt və ya insultun inkişafına işarə edə bilər.

– İnsanın çeçələ barmağı tez-tez keyidikdə, bu ürəkdə olan problemlərin əlaməti ola bilər.

– Əllərin tez-tez əsməsi hipertireoz (qalxanvari vəzi funksiyasının artması) və ya şəkərli diabet (şəkərin səviyyəsi normadan aşağı olduqda) zamanı müşahidə oluna bilər. Bundan əlavə bu sinir sistemi pozulmaların (nevroz və s.) əlaməti ola bilər.

araz.az xəbər portalı.