ABŞ dolları 2024-cü ilə qədər avro qarşısında 40 faiz ucuzlaşacaq.
Report xəbər verir ki, belə bir proqnozla “A.G. Bisset Assoşeyts” valyuta proqramları menecmenti şirkətinin icraçı direktoru Ulf Lindal çıxış edib.
Onun sözlərinə görə, 1970-ci ildən Amerika valyutası 15 illik enmə və qalxma dövrünü təkrarlayır.
Ekspertin fikrincə, 5 ildən sonra 1 avro 2 dollara bərabər olacaq.
Bununla belə, USD/EUR nisbəti barədə proznoz verən bəzi analitiklər 2022-ci ilə qədər 1 avronun 1,28 dollar təşkil edəcəyi qənaətindədir.
araz.az xəbər portalı.