İşğalçı Ermənistan Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonlarının qanunsuz məskunlaşdırılmasına xüsusi diqqət yetirir.
Araz.az xəbər verir ki, bu, Xankəndindəki separatçı rejimə mənsub nəşrlərin yaydığı məlumatdan bəlli olur. Oktyabrın 15-də Livanda fəaliyyət göstərən “ARİ”(“Artsax Ruts İnvestment”) investisiya təşkilatının nümayəndələri qondarma separatçı rejimin “dövlət naziri” hesab edilən Qriqori Martirosyan adlı məxluqla görüşərək ona planlarından bəhs ediblər.
Həmin görüşdə əsas məsələ Kəlbəcər, Laçın yollarından başqa üçüncü yolun çəkilməsini və artıq işə başlandığını qeyd ediblər. Ermənistan-Artsax üçüncü yolu Araz çayı boyu çəkiləcəyi nəzərdə tutulur.
Bundan başqa, əsasən xaricdən gəlmiş erməni iş adamları Laçının Zabux kəndi ərazisində salınan “Aqavno” qəsəbəsində yeni evlərin tikintisini davam etdirəcək.
Artıq 2014-cü ildən bəri orada 50 ev tikilib və bir neçə aya daha 20 evin tikintisi haqda danışıqlar gedir. Bundan başqa, separatçı məmurlara Kəlbəcər rayon mərkəzi yaxınlığında 50 evin tikintisi barədə də sənədlər təqdim edilib. Yeni şəhərcik avstraliyalı ermənilərin dəstəyi ilə tikiləcəyindən adının “Sidney” qoyulması təklif edilib.
Görüşdə son illər “Şaumyan”(Kəlbəcər və Ağdərə rayonunun bir hissəsi) və “Kaşataq” (Laçın, Qubadlı, Zəngilan və Cəbrayılın bir hissəsi) “rayon”larında demoqrafik inkişafın baş verdiyi vurğulanıb.
Sultan Laçın
/Moderator.az/
araz.az xəbər portalı.