Yusif Səmədoğlunun adıyla baş tutan bu yarışma qaliblərinin adları da açıqlandı
Ötən ilin dekabr ayında, “Dastanoğlu” Fondunun sədri, iş adamı Rüstəm Dastanoğlunun təşəbbüsü ilə baş tutan və startı verilən nəsr müsabiqəsi artıq başa çatıb.
Bu münasibətlə, dekabr ayının 8-də, Azərbaycan Yazıçılar Birliyinin “Natəvan”zalında tədbir keçirilib. Bu barədə, araz.az-a verilən məlumata görə, görkəmli qələm ustası, yazıçı Yusif Səmədoğlunun adına olan bu müsabiqə, xalqın möhtəşəm Qarabağ Zəfərinə həsr olunub və keçirilən bu tədbirdə, nəsr yarışması qaliblərinin adları da, elan olunub.
Məlumatda o da bildirilir ki, ümumiyyətlə, bir il davam edən bu müsabiqəyə, poman, povest və hekayə janrları üzrə yazılan 45 əsər təqdim olunub. İki
mərhələdə keçirilən bu nəsr yarışmasında, jüri üzvləri, öncə, hər janr üzrə yazılan 3 əsər seçərək, ekspetlərə təqdim ediblər. İkinci mərhələdə isə, ekspertlər bu əsərlərin müəllifləri arasından qalibləri müəyyən ediblər. Beləcə, tədbirin gedişi zamanı elan olunan qaliblərin adları hər kəsə məlum olub.
QALİBLƏR BUNLARDIR:
— Roman janrı — Etibar Muradxanlı, “İlin beşinci fəsli”;
— Povest janrı — Nazilə Gültac, “Şəhid atası”;
— Hekayə janrı — Təvəkkül Boysunar, “Xoşbəxt göyərçinlər, xoşbəxt bayraqlar.
Bu məlumata görə, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu tədbiri giriş sözü ilə açaraq, sonra sözü “Dastanoğlu” Fondunun rəhbərinə verib. Sədrin çıxışında, artıq, möhtəşəm olan Qarabağ Zəfərimizin bədii ədəbiyyatda işıqlandırılmasına zərurət yarandığı xüsusi vurğulanıb. Elə, keçirilən bu müsabiqədə də, əsas diqqətin buna yönəldiyi xüsusi olaraq qeyd olunub. Əsas olaraq, onu da bildirib ki, hər şeydən önəmli bədii sözlə belə, bütün dönəmlərdə böyük zəfərlər əldə olunub. Bu səbəbdən, rəhbəri olduğu bu Fondun xəttiylə, hər zaman, belə tədbirlərin keçirilməsini planlaşdırırlar.
Məruzəçi öz çıxışının sonunda, belə tədbirlər keçirməyini, millətimiz və milli dövlətçiliyimiz qarşısında borcu kimidəyərləndirib. Bir daha bildirib ki, rəhbəri olduğu Fondun bu istiqamətli
fəaliyyətini, bundansonra da, daha geniş formada davam etdirməsi üçün çalışacaq. Xalq şairi Vahid Əziz, AYB sədrinin müavini, yazıçı-publisist Rəşad Məcid, yarışmanın Təşkilat Komitəsinin sədri, “Azərbaycan” jurnalı Baş redaktorunun müavini, ədəbi-tənqidçi Əsəd Cahangir, “Ədəbiyyat qəzeti”nin Baş redaktoru, jüri üzvü Azər Turan, yazıçı-tərcüməçi Yaşar Əliyev, professor Abbas Bağırov və digərləri çıxış edərək, “Dastanoğlu” Fondunun ədəbiyyatımızın inkişafı naminə atdığı bu alqışalayiq addımı yüksək qiymətləndirdilər, digər iş adamlarımızı da, bundan örnək götürməyə çağırdılar.
Sonda çıxış edənAzərbaycan Yazıçılar Birliyinin sədri, xaq yazıçısı Anar yarışmanın unudulmaz
yazıçımız Yusif Səmədoğlunun adına təsis edilməsindən dolayı, təsisçiyə öz təşəkkürünü çatdırdı, bu işində üzərlərinə böyük məsuliyyət düşən jüri üzvlərinin və ekspertlərin zəhmətini belə xüsusi olaraq qeyd elədi. Sədr, qaliblərə bundan sonrakı yaradıcılıq fəaliyyətlərində daha böyük uğular arzuladı.
Redaksiyamıza daxil olan xəbərin sonunda qeyd olunduğu kimi, bundan sonra, adlarını çəkdiyimiz qaliblərin təltifedilməsi mərasimi başlanıb. Diplom və pul mükafatlarını, roman janrı üzrə qalibə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, povest və hekayə janrları üzrə qaliblərə isə, müvafiq olaraq, Vahid Əziz və Rəşad Məcid təqdim ediblər.
AYB katibləri İlqar Fəhminin və Elçin Hüseynbəylini, yazıçı, jurnalist və alimlərin — “Azərbaycan — Almaiya Cəmiyyəti”nin sədri Çingiz Abdullayevin, Elnarə Akimovanın, Fəxrəddin Salimin, Fəxriyyə Lilparın, Əhməd Qəşəmoğlunun, Nağdəli Zamanovun və digərlərinin qatıldığı bu möhtəşəm tədbir, bütün iştirakçılarının xatirə şəkli çəkdirmələri ilə sonuclanıb.
Rəşad CƏFƏRLİ,
Fərhad MƏMMƏDOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.
BAŞ REDAKTORDAN:
Çətin durumda olan milli ədəbiyyatımızın inkişafıyla bağlı, təəssübkeşlər tərəfindən təşkil edilən bu nəsr yarışmasının qalibləri arasında, Bakı Dövlət Universitetində keçirtdiyimiz tələbəlik illərində, həmişə mənimlə bir yerdə olan, etibarlı və sədaqətli tələbə dostum kimi, adını daim öndə çəkdiyim Etibar Muradxanlının adının başda çəkilməsi xəbəri, mənə, sevinc dolu xoş anlar yaşatdı. Yazdığı romana görə, onun “Yusif Səmədoğlu mükafatı”na layiq görülməsi, əsl həqiqətdə, qürurverici və ruhlandırıcıdır. Elə, bu qürur və ruh yüksəkliyi ilə də, əziz dostumu ürəkdən təbrik edib, “Bismillah!” deyərək, Uca Yaradandan ona daha uğurlu iti qələm sahibi olmasını diləyirəm!
Rəhbərinin kimliyindən asılı olmayaraq, belə nəsr müsabiqəsinin təşkilatçısı olan adıçəkilən quruma da, görəcəyi bütün şərəfli işlərində, Böyük Allahımızdan böyük nailiyyətlər arzulayıram!
araz.az xəbər portalı.