Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “Veles” QSC olub.
araz.az xəbər verir ki, İdarə Şəki şəhər 18 nömrəli 720 şagird yerlik tam orta məktəbin tikintisi işlərinin satınalınması görə “Veles” QSC-yə 5 milyon 957 min 808 manat 20 qəpik ödəyəcək.
Nizamnamə kapitalı 2 min manat olan “Veles” QSC-nin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev, ev 5, mənzil 31-də yerləşir. Şirkətin qanuni təmsilçisi Abdurəhimov Teymur Fikrət oğludur.
araz.az xəbər portalı.