Görünən mənzərə odur ki, qızılcaya yoluxmaların artım sürətində nisbətən azalma var.

araz.az bildirir ki,bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, proses nəzarətdədir: “Hazırda baş verənlərin təkrarlanmaması üçün valideynlər öz övladlarını vaxtında, düzgün qaydada peyvənd etdirməlidirlər. Hazırda ümumilikdə təhsil sisteminin distanta keçirilməsi və qapanma olması ilə bağlı gözlənti yoxdur. Amma ayrı-ayrı məktəblərdə və ya siniflərdə yoluxmalar artarsa, lokal qapanma ola bilər”.

araz.az xəbər portalı.