Medianın İnkişafı Agentliyi elektron media subyektlərinə, yəni saytlara 2024-cü ilin 6 ayı üçün yenidən maliyyə yardımı siyahısını elan etdi.
Tezadlar.az saytının adı bu dəfə də siyahıya düşmədi. Siyahıda olan bütün media subyektlərinin kollektivlərini təbrik edirəm, az da olsa, müəyyən problemlərin həlli üçün indiki vaxtda bu da bir dəstəkdir. Sözüm MEDİA rəhbərliyinədir.
Hörmətli Əhməd müəllim, rəhbəri olduğunuz qurumun fəaliyyətinə həmişə dəstək vermişəm, üzərimə gələn tənqidlərə baxmayaraq, mövqeyimi yazmışam, yenə də bu mövqeyə sadiqəm. Lakin bu dəfə artan siyahı ilə 39 sayta maliyyə dəstəyini görəndə düşünməli olduq. Redaksiyada yaradıcılığından mənən zövq alan 10-dan çox əməkdaşımızdan 3-ü vergilər çıxılandan sonra 545 manat maaş alırdı. MEDİA-nın şərtinə görə yalnız 3 nəfər bu maliyyədən bəhrələnə bilərdi. Özümün aldığım həmin 545 manatı isə mühasibin, adminin aylıq cüzi maaşına, qalan hissəsini isə daimi əməkdaşlıq edən imkansız jurnalistlərə qonorar kimi vermişəm. Bu dəfə onlar da məyyus oldu. Artıq ikinci dəfədir. Səbəbini ötən dəfə apellyasiya şikayətimə izah veriləndə MEDİA eksperti belə izah etdi ki, saytın dizaynı, proqram təminatı yüksək səviyyədədir, lakin sessiya, yəni saytın izlənmə müddəti bir az aşağı olub.
Bilmirəm, bu dəfə bizə daha hansı səbəb deyiləcək. Amma diqqətinizə çatdırıram və həmişə də demişəm, yazmışam: dövlətin media siyasətinin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan həqiqətləri dünyaya yayılsın, onun daxili auditoriyda deyil, xarici auditoriyada yayımı təmin edilsin. Maliyyə yardımı alan heç bir saytın bu işini müzakirə etmədən deyirəm: Azərbaycanda hələ rast gəlməmişəm ki, hansısa media orqanı başqa bir dövlətin mətbuatında Azərbaycanın suverenliyini şübhə altına alan hansısa yazısını saytdan sildirib, yaxud təkzib etdirib, üzrxahlıq məktubu alıb. Yardıma layiq görülməyən tezadlar.az saytı və ya «Təzadlar» qəzeti olaraq fəxr və qürur hissi ilə deyirəm: 2020-ci ilin 44 günlük Vətən müharibəsi dövründə-oktyabrın 8-də Avstraliya Parlamentində qondarma “DQR”ın tanınmasına dair müzakirələr başlamışdı. Mən Avropa Mətbuat Federasiyasının üzvü statusumdan istifadə edərək Avstraliya Parlamentinin Aparatına ermənilərin Qarabağa 1828-ci ildən başlayaraq Türkiyə və İrandan köçürüldüyünü təsdiqləyən rəsmi mənbələri ingilis, rus və fransız dillərinə tərcümə etdirərək göndərdim. İki gündən sonra Avstraliya Parlamentinin Aparatından elektron cavab məktubu gəldi ki, sorğuda qoyulan məsələ Yuxarı Palatada müzakirə olunacaq, müvafiq qərar qəbul ediləcək. Bununla da Avstraliya Parlamenti ermənilərin feyk məlumatlarını bir kənara ataraq ədalətli mövqeyini ortaya qoydu və ermənilərin bu mənfur planı baş tutmadı.
Daha bir nümunə: Qazaxıstan XİN 12 sentyabr 2023-cü il tarixdə «Dağlıq Qarabağ ətrafındakı vəziyyət»lə bağlı açıqlama vermişdi. Ölkənin rəsmi “Kazaxıstanskaya pravda” qəzeti və “kazpravda.kz” portalı isə belə bir məlumat yaymışdı: “…sentyabrın 1-də Dağlıq Qarabağ Respublikasının prezidenti Arayik Arutyunyan parlamentə istefa ərizəsi təqdim edib. Sentyabrın 9-da Dağlıq Qarabağ Respublikasının parlamenti növbədənkənar iclasda yeni prezidenti – 45 yaşlı Samvel Şahramanyanı seçib”.
Bu da rus dilindəki mətn: “Напомним, 1 сентября президент Нагорно-Карабахской республики Араик Арутюнян представил в парламент заявление о своей отставке. Парламент Нагорно-Карабахской республики на специальном заседании 9 сентября избрал нового президента – 45-летнего Самвела Шахраманяна.”
Mən Qazaxıstan XİN-ə, ölkənin Prezidentinə, Qazaxıstanın Azərbaycandakı səfirliyinə, eləcə də saytın rəhbərliyinə belə bir məktub yazdım: «Главному редактору “Казахстанская правда” (щттпс://казправда.кз)! Уважаемый господин гл. редактор! Я, Асиф Марзили, журналист, член Европейской федерации прессы, руководитель портала тезадлар.аз и тезадларТВ, обозреватель турецких сайтов тртажанс.сом, анадолуйакасищабер.сом и илкщавадис.ъом, довожу до вашего сведения о том, что сегодня “Казахстанская правда” опубликовал информацию, ставящую под сомнение территориальную целостность Азербайджана. Даю ссылку на эту дезинформацию
(щттпс://казправда.кз/н/мид-казащстана-сделал-зайавление-по-наэорному-карабащу/).
На вышеуказанном сайте допущена грубейшая ошибка, указав Карабах, неотъемлемую и суверенную территорию Азербайджанской Республики, в качестве отдельной «Нагорно-Карабахской Республики» и дезинформация. Ситат: «Напомним, 1 сентября президент Нагорно-Карабахской республики Араик Арутюнян представил в парламент заявление о своей отставке. Парламент Нагорно-Карабахской республики на специальном заседании 9 сентября избрал нового президента – 45-летнего Самвела Шахраманяна”.
Уважаемый Господин гл. редактор! На территории Азербайджанской Республики нет никакого образования под названием «Нагорно-Карабахская Республика», а есть Карабахский экономический район. Азербайджан обеспечил свою территориальную целостность, прекратив 30-летнюю оккупацию Армении с ноября 2020 года. Вы журналист братской для Азербайджана Казахской Республики, и поэтому прошу Вас дать соответствующее указание по принятию мер против саботажа указанного сайта и впредь уважать суверенные территории нашей страны.
С уважением, Асиф Марзили. Азербайджан, Баку”.
Elə həmin gün saytın rəhbərliyindən mənə belə bir operativ cavab məktubu gəldi:
«Здравствуйте, Асиф. Многоуважаемый Асиф Марзили!
Меня зовут Азамат Серикбаев, я являюсь шеф-редактором сайта казправда.кз
Спасибо за Ваше обращение к нам. По существу сказанного, позвольте бы пояснить следующее.
Сайт казправда.кз упомянутую вами информацию дал в поддержку дружеского азербайджанского народа, а также суверенитета и территориальной целостности Азербайджана. Информация начинается со следующих слов. Цитируем: «Казахстан поддерживает суверенитет и территориальную целостность Азербайджана. В министерстве иностранных дел Казахстана сделали заявление по ситуации вокруг Нагорного Карабаха, передает Казправда.кз. “В связи с последними событиями вокруг Нагорного Карабаха, Республика Казахстан в очередной раз подтверждает решительную поддержку суверенитету и территориальной целостности Азербайджанской Республики
в пределах её международно-признанных границ, а также выступает за урегулирование всех вопросов политико-дипломатическим путём в соответствии с Уставом ООН и основополагающими принципами и нормами международного права”, – говорится в сообщении ведомства». Далее по тексту редакция поясняет, что за события имелись ввиду, где речь идет о, по сути, незаконных выборах в Нагорном Карабахе.
О том, что эти выборы не признаются Казахстаном ясно из содержания материала.
Однако признаем, что упоминание о якобы “Нагорно-Карабахской республике” было некорректным, и отныне мы будем использовать правильное написание этой административно-территориальной единицы. В этой связи, мною принято решение вообще удалить последний абзац
материала. А также обязательно проведу разъяснительную беседу со своими журналистами.
Мир Вашему дому, уважаемый Асиф, и да пусть не омрачит это недоразумение отношения между двумя братскими народами.
С уважением, Азамат, Астана».
Üçüncüsü, 2023-cü ilin martın 5-də Qırğızıstanın manas.news saytında yenə də Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan belə bir xəbər yayılmışdı. “Martın 5-də Dağlıq Qarabağda atışma olub: Ermənistan və Azərbaycan hərbçiləri həlak olub” başlıqlı həmin xəbərdən sitat: “Dağlıq Qarabağda insident baş verib, nəticədə Ermənistan və Azərbaycan hərbçiləri həlak olub. Dağlıq Qarabağ Respublikasının Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin diversiya qrupu DQR DİN-nin viza nəzarəti əməkdaşlarının növbətçi avtomobilini atəşə tutub. Bu insident nəticəsində 3 polis əməkdaşı həlak olub, daha biri yaralanıb” və s.
Mənə nə Azərbaycan PA-dan, nə Azərbaycan XİN-dən, nə də də rəhbəri olduğunuz MEDİA-dan xüsusi tapşırıq gəlmədi ki, bui şi belə et, belə yaz. Amma yenə də vicdanımın səsi ilə dərhal Qırğızıstan Prezidenti Sadır Japarova, saytın rəhbərliyinə, Qırğızıstanın Azərbaycandakı, Azərbaycanın Qırğızıstandakı səfirliklərinə və s. ətraflı məlumat göndərdim, bəzilərinə isə telefonla zəng etdim, danışdım, saytın bu kobud və təxribatçı səhvinin dərhal düzəldilməsini xahiş etdim. Müraciətlər diqqətdən kənar qalmadı və dərhal da manas.news saytından elektron poçtumuza cavab məktubu gəldi: «Спасибо за уточнение, исправили…».
Bütün bunlar Avropa Mətbuat Federasiyasına Azərbaycandan yeganə üzv olan bir jurnalist kimi beynəlxalq statusumdan irəli gələn nəticələr idi. Sadəcə, səmimi və sadə sual vermək istəyirəm: dövlətdən maliyyə yardımı alan (təkrar edirəm, söhbət o 3 min manatdan yox, əməyin qiymətləndirilməsindən və sayılmadan gedir) saytlardan hansının belə bir fəaliyyəti olub??? Varmı?
Hörmətli Əhməd müəllim! Mən həm də Türkiyənin 3 saytının köşə yazarıyam, bilirsiniz, hər ay gücüm çatan qədər Azərbaycanla bağlı vacib informasiyaları Türkiyə saytlarında yayımladıram, digər saytlarda da yayımını xahiş edirəm. Yenə də sual verirəm: maliyyə yardımı alan saytlardan hansının belə bir xidməti fəaliyyəti var? Varsa, buyursunlar. Biz bütün gücümüzlə «ata qızını zorladı» və s. kimi başlıqlı xəbərlərlə sessiya yığmağa yox, dörd tərəfdən düşmən baxışları zillənmiş Azərbaycanın haqq işini mümkün qədər xarici auditoriyaya yaymaqla məşğuluq. Bunlar, böyük ustad Bəxtiyar Vahabzadənin məşhur şeirində dediyi kimi, bir «salama» (sayılmağa, qiymət verilməyə…) dəymədi???
Bütün bunlarda məqsədim, təkrar edirəm, kimlərinsə, hansı səbəbə görə bu siyahıda olmasını müzakirə etmək deyil. Lakin hamının bir vacib məsələni bilməsini istərdim: tezadlar.az saytı və «Təzadlar» qəzeti 31 ildir nəşr olunur. Bilənlər bilir ki, hansı çətinliklərdən keçmişik. Baş verənlərin- qarşılaşdığımız problem və çətinliklərin hamısı Azərbaycana sevgimizdən doğub, dövlətimizə olan sonsuz məhəbbətimizdən olub. Allaha şükür, Azərbaycanda kimin kim olduğunu, hansı yoldan keçib hara gəldiyini də hamımız gözəl bilirik. Amma bu mətləbi hamının bilməsini istərdim ki, biz bu Vətəni və dövləti nə o 3 min manata görə sevmişik, nə də hansısa yardıma görə! Amma inanıram ki, Siz saytın sessiya və ya oxu sayı kimi şərtləri bizim yuxarıda sadaladığım o xidmətlərlə… tutuşdursanız, bizə qarşı münasibətdə həqiqətin kənarda qaldığının şahidi olacaqsınız. Şəxsən bu cür məsələdə ədalətsizliyin siluetini görürəm. Həmişə maddi sıxıntı çəkən, amma Vətənə sonsuz sevgisini gözünə təpən əməkdaşlarımızı isə o 3 min manatlıq yardım umacağı deyil, bu xidməti qiymətləndirməmə insafsızlığı ciddi narahat edir. Mən də onların narahatlığını qısaca ifadə və fikirlərlə Sizə çatdırmalı oldum. Əgər jurnalist əməyimizin ifadəsi belədirsə (yenə də söhbət o yardımdan getmir) və edilənlərə fərq qoyulmursa, daha nə deyə bilərik.
Hələlik bu qədər. Yəqinki cənab Prezident İlham Əliyevə bu məsələ ətrafında məxsusi kollektiv müraciətimiz olacaq. Ədalət yerində olanda hər şey gözəl olur.
Dərin hörmətlə:
Asif MƏRZİLİ.
P.S.Tezadlar.az saytı Türkiyənin trtajans Media Holdinqinin elektron bazasında yığılıb, hazırda da Türkiyədən idarə olunur. Saytın izlənmə sayı və sessiya müddəti ilə bağlı rəhbərliyə sorğu göndərmişdim, inanılmaz nəticə təqdim edilib…
araz.az xəbər portalı.