Bu gün saxlanan Musavat Partiyasının üzvü Tofiq Yaqublunun evindən külli miqdarda valyuta çıxıb.
T.Yaqublunun qızı Nigar Həzi sosial mediada iddia edib ki, axtarış zamanı onların evindən çıxan valyutanı əslində istintaqçılar qoyublar.
Sitat: “Evimizdən pul çıxarıblar. 5 min avro, 2500 manat və nə qədərsə dollar qoyublar…”
DİN mətbuat xidməti Tofiq Yaqublunun saxlanmasını yerli mediaya təsdiqləyib.
araz.az xəbər portalı.