Nepalın paytaxtı Katmanduda bütün növ tütün məmulatlarının çəkilməsi, satışı və saxlanmasına qadağa qoyulub.
araz.az bildirir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.
Dekabrın 28-dən tütün məmulatlarına, o cümlədən xam tütünə, eləcə də bitkilərin meyvələri, sönmüş əhəng və tütün daxil olmaqla çeynəmə qarışığına (qutxu) tam qadağanın tətbiqi barədə qərar noyabrın 28-də elan edilib. Katmandu administrasiyasının nümayəndəsi Navina Manandharın sözlərinə görə, bu tədbir tütün tənzimləmə qanununa uyğun olaraq həyata keçirilib. Qərarın icrasına nəzarət etmək üçün bələdiyyə polisi, o cümlədən mülkilər cəlb ediliblər.
“Hər hansı mağazada və ya köşkdə tütün məmulatları aşkar edilərsə, onlar dərhal müsadirə olunacaq”, – deyə Manandhara qeyd edib.
Lakin belə bir tədbir maksimum iki dəfə tətbiq oluna bilər.
“Üçüncü dəfə satış məntəqəsi artıq bağlanacaq”, – deyə o aydınlıq gətirib.
araz.az xəbər portalı.