“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Birgə və Sağlam” İctimai Birliyi
tərəfindən “Autizm dostu” diplomuna layiq görülüb.
araz.az bildirir ki,mükafat səhmdar cəmiyyətə korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində ölkəmizdə autizmli uşaqların fərdi inkişafına verdiyi dəstəyə görə təqdim edilib.
Qeyd edək ki, “AzerGold” QSC 2022-ci ildən Heydər Əliyev Fondu və “Birgə və
Sağlam” İctimai Birliyi ilə tərəfdaşlıq şəraitində Gəncə və ətraf rayonlarda autizmli
uşaqların fərdi inkişafına dəstək məqsədilə sosial layihənin icrasına başlayıb. 2023-cü
ildə “Heydər Əliyev İli” çərçivəsində Gəncə şəhərində regional Autizm Mərkəzi
istifadəyə verilib. Mərkəzdə Gəncə şəhəri, Daşkəsən, Göygöl, Goranboy, Şəmkir və
Tovuz rayonlarında yaşayan autizmli uşaqlara tam ödənişsiz resurs bərpa xidmətləri
göstərilir.
Xatırladaq ki, “AzerGold” QSC dağ-mədən sahəsində aktiv fəaliyyəti ilə
ölkəmizin iqtisadi inkişafına töhfə verməklə yanaşı, məsuliyyət zonalarında dayanıqlı
inkişaf məqsədlərini daim diqqətdə saxlayır. Səhmdar Cəmiyyət fəaliyyət göstərdiyi
Gəncə-Daşkəsən iqtisadi rayoununda ətraf mühitin mühafizəsi, təhsil, sağlamlıq və s.
istiqamətlər üzrə çoxsaylı layihələr icra edərək, vətəndaşların rifah halının
gücləndirilməsi ilə bağlı dövlətin yürütdüyü siyasətə töhfələrini verməkdədir.
araz.az xəbər portalı.