Həkimlər insanın yatış formasının xarakterə necə təsir etdiyini açıqlayıb.
araz.az xəbər bir çox insan yan üstə yatır, lakin bədən əyilmədən düz qalır. Tədqiqatçıların araşdırmalarına görə, bu cür yatanlar ünsiyyətcildir və başqaları ilə asanlıqla əlaqə qurur.
Əgər insanlar yan yatıb qolları və ayaqlarını yığırsa, yəni düz formada uzatmırsa, bu həmin insanları açıq şəxsiyyətli biri olduğunu göstərir. Belə yatanların kinli və şübhəli olduğu da iddia edilir.
“Əsgər” pozası deyilən poza var ki, bir çox insanlar bu cür yatır. Yəni bədənini, ayaq və qollarını düz şəkildə uzadaraq yatmaq nəzərdə tutulur. Belə insanlar sakit və təmkinli xarakterə sahib olduqları deyilir.
“Ulduz balığı” pozası – bu vəziyyətdə bir adam arxası üstə uzanır, qolları və ayaqları müxtəlif istiqamətlərə yayılır. Belə insanlar dostluğa dəyər verir, diqqət mərkəzində olmağa çalışır, başqalarını dinləməyi və kömək etməyi bilir.
“Sərbəst düşmə” pozası – bu, insanın qarın üstə, qollarını yastığa dolayaraq, başını yana çevirərək yatdığı bir mövqedir. Bu insanlar adətən sosialdırlar, lakin tənqidlərə və stresli vəziyyətlərə qarşı həssas ola bilərlər.
araz.az xəbər portalı.